Ana səhifə / Internet / Yandex Disk interfeysi elementlərinin izahı

Yandex Disk interfeysi elementlərinin izahı

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş ikinci video dərsliyimdə salamlayıram. Əgər yadınızdadırsa birinci video dərsliyimdə  «Yandex Diskə daxil olmaq qaydasını» öyrəndik. Nəticədə login və şifrəni daxil edərək elektron poçta daxil olduq. Elektron poçtdakı Disk bölməsini seçməklə Diskə daxil olduq. Bugünkü, video dərsimizin əsas mövzusu Yandex Disk interfeysi elementlərinin izahı olacaq.

Yandex Disk interfeysi elementlərinin izahı

Yandex Disk interfeysi elementlərinin izahı

Yandex Disk interfeysi elementlərinin izahı
Menyular

Video dərslikdən göründüyü kimi biz hal-hazırda Yandex Disk səhifəsindəyik. Göründüyü kimi Yandex Disk səhifəsi istifadəçinin ixtiyarına bir sıra düymələr və bölmələr təklif edir. Ona görə də yeni başlayan istifadəçilər bunlar haqqında məlumatlı almalıdırlar. İlk növbədə Yandex Diskdəki Файлы (menyusu) bölməsi diskə yüklənmiş fayllar haqqında məlumat verir. Фотокамера bölməsi (menyusu) vasitəsilə avtomatik olaraq foto və ya videokameradan çəkdiyiniz şəkil və videoları bu bölmənin köməyi ilə rahatlıqla Yandex Diskə yükləyə bilərsiniz. Təbii ki, bunlar haqqında hər bir istifadəçi işlədikcə özü ətraflı və praktik məlumat alacaq. Фото из соц сетей bölməsi vasitəsilə digər sosial şəbəkələrdə olan şəkillərinizi çox rahatlıqla Yandex Diskə yükləyə bilərsiniz. Общие папки bölməsi (menyusu) ümumi qovluqlar hissəsidir. Burada yeni ümumi bir qovluq yaratmaqla onun daxilinə bölüşə biləcəyiniz ümumi faylları toplaya bilərsiniz. Ссылки bölməsi (menyusu)  paylaşmaq istədiyini faylların keçidinin toplandığı qovluqdur. Bu siyahı hal-hazırda bizdə boşdur. Çünki hələ paylaşmaq istədiyimiz fayllar yoxdur. Корзина bölməsi (menyusu) Yandex Diskdən silinən məlumatların toplandığı qovluqdur. Beləliklə biz Yandex Diskdə menyularla tanış olduq. Bundan sonra Yandex Disk səhifəsində bir sıra düymələr də vardır ki, onları da izah edək.

Yandex Disk səhifəsindəki Загрузить düyməsi vasitəsilə lokal kompüterdə olan faylları yükləmək olar. Bu bölmə haqqında ətraflı məlumatı digər video dərsimizdə alacağıq.

Yandex Disk səhifəsindəki Создать новую папку düyməsinin köməyi iləYandex Disk interfeysi elementlərinin izahı diskdə yeni qovluq yaratmaq mümkündür.

Yandex Disk səhifəsindəki  Упорядочить düyməsi diskdə toplanan faylları müxtəlif parametrlərə görə qruplaşdırmağa və çeşidləmək üçün nəzərdə tutulub.

Yandex Disk səhifəsindəki  Вид düymələrinin köməyilə diskdə olan faylların müxtəlif formalarda istifadəçiyə görünməsini təklif edir. Bu düymələr artıq digər proqramlarda mövcuddur.

Yandex Disk səhifəsinin mərkəzində Загрузить файлы düyməsi mövcuddur. Onun da iş prinsipi elə Загрузить düyməsinin iş prinsipi kimidir.

Yandex Disk interfeysi elementlərinin izahıQeyd etmək istəyirəm ki, yeni başlayan istifadəçilər üçün Yandex Disk 10 gb boş yer təklif edir. Bu yerin artırılması üçün istifadəçiyə pullu və digər variantlar təklif edilir.

Beləliklə biz Yandex Disk interfeysi elementlərinin izahı mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий