Ana səhifə / Internet / Brauzerlər. Online və Offline iş rejimləri

Brauzerlər. Online və Offline iş rejimləri

Paylaşmaq!

Brauzerlər. Online və Offline iş rejimləri bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Brauzerlər. Online və Offline iş rejimləri

Brauzer (səyyah) — sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. Brauzer (ingiliscədə browser) sözünün dilimizə tərcüməsi səyyah deməkdir. Bu növ proqramlar İnternet şəbəkəsində səyahət etmək üçün istifadə olunan vasitələrdir. Brauzerlər vasitəsilə biz internet istifadəçiləri İnternet şəbəkəsində səhifədən-səhifəyə gəzişirik. Brauzerlərin yaranma tarixi Ümumdünya hörümçək torunun yaranması ilə üst-üstə düşür və günümüzə qədər böyük inkişaf yolu keçmişdir. Gün-gündən internet istifadəçilərinin sayının artması ilə paralel olaraq brauzer istifadəçiləri də artır. Bir neçə brauzer geniş yayılmışdır və istifadəçilərinin sayına görə daha çox istifadə olunur. İnternet Explorer, Mozilla Firefox, Opera, Safari və Google Chrome daha çox istifadə olunanlara aiddir. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter müştəri kimi, uzaqda yerləşən kompüter isə, server kimi çıxış edir.

Brauzerlər. Online və Offline iş rejimləriBrauzerlər. Online və Offline iş rejimləri

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram öz növbəsində bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə Online iş rejimi deyilir. Brauzerlər. Online və Offline iş rejimləriÇoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə — İnternetə qoşulmadan HTML sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Offline iş rejimi adlanır. Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud  Netscape şirkətinin Netscape Communicator proqramlarını seçir. Biz Internet Explorer 5 brauzerinin işi ilə tanış olacağıq. Netscape Communicator proqramı bundan az fərqlənir. İşçi stolunda proqramın işarəsinin üzərində mausun düyməsini iki dəfə basmaqla, onu işə salın. Ekranda Internet Explorer brauzerinin pəncərəsini görürsünüz. Hal-hazırda ünvan sətrində, proqram işə salınarkən avtomatik yüklənən və Home Page adlanan Ev — Web səhifəsinin ünvanı göstərilir. Avtomatik yüklənən Ev səhifəsinin ünvanı brauzerin sazlanması zamanı təyin edilir.Daha ətraflı aşağıdakı videodərsdə…

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий