Universitetlərdə yeni idarəetmə strukturları — “Virtual universitet və tədris”, “Elektron tədris və qiymətləndirmə”, “Kurrikulum və qiymətləndirmə”, “Qeydiyyat və qiymətləndirmə”, “Karyera mərkəzləri” və s. keyfiyyəti təmin edən akkreditasiya mexanizmi yaradılıb.
Virtual universitet və tədris
“Qəyyumlar və himayəçilər şurası” və s. kimi özünüidarəetmə orqanlarının təşkilinə başlanılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bunlarla yanaşı, təhsil müəssisələrinin beynəlxalq əlaqələri və beynəlxalq proqramlarda iştirakı da təmin edilib: ”Ali məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilib. Semestr və buraxılış imtahanlarının İKT-dən istifadə etməklə keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”. Bundan başqa İKT hədəflərinə uyğun olaraq, nazirlik tərəfindən “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası” sənədi də hazırlanıb. Həmin sənədə uyğun olaraq ibtidai sinif müəllimi hazırlığı üzrə təhsil proqramı (kurrikulumu) işlənib və üç pilot ali məktəbdə tətbiq edilib: ”Müəllim hazırlığı kurrikulumuna yeni “Təhsilin əsasları” fənni daxil edilib”.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır