Ana səhifə / Hesablama Əməliyyatları / İndekslərin təhlili və səmərəliliyinin təhlili

İndekslərin təhlili və səmərəliliyinin təhlili

Paylaşmaq!

İndekslərin təhlili və səmərəliliyinin təhlili bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

İndekslərin təhlili və səmərəliliyinin təhlili

İndekslərin təhlili və səmərəliliyinin təhlili

İndekslər dedikdə nə başa düşülür?

İndekslər dedikdə, elə bir sıralama metodu başa düşülür ki, həmin metod vasitəsilə sıraya yeni element əlavə edəndə və ya o sırada olan hansısa elementi axtaran zaman bizim vaxt itkimiz minimum olsun. Məsələn, universitetə qəbul olunmuş tələbələrin jurnala düzülüş sırası onların topladıqları bala əsasən olarsa, biz çox rahatlıqla hansı tələbənin qəbulda daha savadlı nəticə göstərdiyini izah edə bilərik.

İndekslər hansı məntiqə əsaslanaraq istifadə edilir?

İndekslər, əsasən, iki məntiqə əsaslanaraq istifadə edilir. Birinci məntiq odur ki, biz indeksləmə vasitəsilə lazım olan informasiyanı daha tez əldə edirik və yeni informasiyanın əlavə edilməsi çox az zaman itkisinə malik olur.

İkinci məntiq

İkincisi isə odur ki, indeksləmə vasitəsilə biz müxtəlif qruplar yarada bilərik. Məsələn, kimyəvi təmizləmə məntəqəsində müştərinin paltarının tez tapılması üçün, təmizliyə daxil olan paltarın sıralamasını həmin paltarın qalınlığına görə qruplara bölünə bilər. (Yəni, əgər paltar yay paltarıdırsa, ona kodu Y01, Y02, kimi, əgər qış paltarıdırsa onda Q01, Q02, və s. kimi qeydiyyatdan keçirilə bilər. Bu yolla yay paltarı qış paltarlarının içində axtarılmayacaq).

İndeksləmədən harada daha çox istifadə olunur?

Müasir iqtisadiyyatda, istehsalatda və ixracda indeksləmədən mütləq şəkildə çox geniş istifadə edilir. Əks halda, iqtisadiyyatın və praktikanın bütün sahələrində keyfiyyətli xidmətdən danışıla bilməz. Çünki bu metodla bütün sahələrin planı və yükü təyin edilir. Məsələn, bankda və ya hansısa müəssisədə işçilərin statusunu təyin etmək üçün onlara hansısa bir indeksləmə metodu tətbiq edilir. Qeyd etmək lazımdır ki, ümumdünya standart indeksləmə metodlarından istifadə etmək mütləq deyil. Hər bir müəssisə, zavod istehsal etdiyi məhsulu öz daxilində müxtəlif formada indeksləyə bilər. Lakin həmin müəssisə və zavod xarici ölkələrə ixrac və idxal etmək istəyirsə, onda məhsullarını ümumdünya indeksləmə setində qeydiyyatdan keçirərək, 13 rəqəmdən ibarət bir indeksləmə kodu əldə edir.

Ümumdünya indeksləmə metodu nədir?

Bu ümumdünya indeksləmə metodu inkişaf etmiş və etməmiş ölkələrdə insanlar tərəfindən fərqli qarşılanır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində insanlar aldığı hər bir məhsulun dəyərini onu ISO sertifikatına əsasən harada istehsal olunmasına görə verir, ancaq inkişaf etməmiş ölkələrdə isə insanlar məhsulun ucuz olmasına və daha asanlıqla əldə olunmasına üstünlük verirlər.

Dünyanın ən böyük informasiya portalları (Google, Yandex, Yahoo və s.) belə öz işlərini indeksləmə metoduna əsasən qururlar. Cədvəlləri indeksləşdirmək üçün Office proqramlar paketinə daxil olan Microsoft ACCESS proqramından istifadə olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Çoxluğun praktikaya tətbiqi

Çoxluğun praktikaya tətbiqi

Hərbdə düşmən hədəfini məhv etmək üçün onun koordinatlarını müəyyən etmək və bu hədəfi vurmaq kifayətdir. Şagirdlərin koordinat metodunu daha yaxşı başa düşmələri üçün müəllim çalışmaların həlli zamanı onların diqqətini belə bir istiqamətə yönəldə bilər.