Ana səhifə / Hesablama Əməliyyatları / Funksiyaların iqtisadiyyata tətbiqi

Funksiyaların iqtisadiyyata tətbiqi

Paylaşmaq!

Funksiyaların iqtisadiyyata tətbiqi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Funksiyaların iqtisadiyyata tətbiqi

Funksiyaların iqtisadiyyata tətbiqi

Riyaziyyatın iqtisadiyyata və praktikaya tətbiqi zamanı bütün peşə sahəsində çalışan adamlar, əsasən, funksiyaya müraciət edirlər. Aydındır ki, həmin peşə sahibləri qarşılarına çıxan hər hansı problemi iki yolla həll edirlər. Sadə halda xətti funksiyaya, mürəkkəb halda kvadratik funksiyalara gətirərək həll etməyə çalışırlar. Məsələn, dülgərlər, ustalar, dərzilərqaynaqçılar hazırladıqları bir çox detalların bütün hissələrini kiçik xətalarla xətti funksiya formasında hesablayırlar.

Lakin istehsalın daha sürətli olması üçün müxtəlif peşə sahibləri funksiyaların tətbiqi zamanı, özləri bilərəkdən əvvəlcədən kiçik xətalar buraxırlar ki, funksiyanın ümumi yazılışındakı sərbəst dəyişəni itirsinlər. Yəni, ümumi şəkli =+ formasında olan tənliyi kobud formada =k formaya gətirirlər ki, sabit əmsalını itirsinlər. Bu yolla öz istehsalat proseslərində kənar təsiri azaldırlar.

Ancaq, iqtisadiyyatda və praktikada bir çox hadisələr tərs və düz funksiyalar vasitəsilə təsvir olunur. Məsələn, zavod 5 işçi ilə ayda 100 detal hazırlayır. Daha çox detal hazırlanması üçün zavod yeni işçilər götürür, bu zaman hazırlanan detalın sayı işçilərin sayı ilə mütənasib olaraq artır. Lakin əldə olunan gəlir tərs mütənasib olaraq azalır. Çünki zavodda işçilərə verilən maaşın miqdarı artır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Çoxluğun praktikaya tətbiqi

Çoxluğun praktikaya tətbiqi

Hərbdə düşmən hədəfini məhv etmək üçün onun koordinatlarını müəyyən etmək və bu hədəfi vurmaq kifayətdir. Şagirdlərin koordinat metodunu daha yaxşı başa düşmələri üçün müəllim çalışmaların həlli zamanı onların diqqətini belə bir istiqamətə yönəldə bilər.