Excel proqramı vasitəsilə məsələlərin həlli bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Excel proqramı vasitəsilə məsələlərin həlli
Excel proqramında məsələlərin həll edilmə ardıcıllığı necədir?
Verilən məsələni Excel 2016 proqramından istifadə edərək həll edən zaman müəyyən addımları yerinə yetirmək lazımdır. Məsələn, Excel 2016 proqramından istifadə edərək aşağıdakı məsələnin həlli nümunəsinə baxaq.
Azərbaycanın şəhərlərində yaşayan əhalinin azalma sayı ilə diaqramını qurmaq
Bu məsələnin Excel proqramından istifadə edərək diaqramını qurmaq üçün aşağıdakı addımları yerinə yetirməliyik:
1) Google axtarış sistemindən “Azərbaycan şəhərləri” tapıb, qeyd edirik;
2) Tapılan şəhərlərdən təşkil olunmuş cədvəli qururuq (başlıqlar: şəhərlərin adları, əhalinin sayı və s.);
3) Cədvəli azalma sırası ilə düzürük;
4) Cədvələ münasib diaqramı qururuq.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır