Ana səhifə / Hesablama Əməliyyatları / Çoxluğun praktikaya tətbiqi

Çoxluğun praktikaya tətbiqi

Paylaşmaq!

Çoxluğun praktikaya tətbiqi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Çoxluğun praktikaya tətbiqi

Çoxluğun praktikaya tətbiqi

Çoxluğun praktikaya tətbiqi necə həyata keçirilir?

Hərbdə düşmən hədəfini məhv etmək üçün onun koordinatlarını müəyyən etmək və bu hədəfi vurmaq kifayətdir. Şagirdlərin koordinat metodunu daha yaxşı başa düşmələri üçün müəllim çalışmaların həlli zamanı onların diqqətini belə bir istiqamətə yönəldə bilər. Şagirdlərə məktəb binasından evlərinin hansı istiqamətdə yerləşdiyini və şagirdlərin öz evlərinə getdiyi yolu əyani olaraq təsvir etməyi tapşıra bilər.

Məktəb binasını koordinat başlanğıcı, məktəbin şimal, cənub, şərq, qərb istiqamətində yerləşən 4 hər hansı obyekti cəhətlər, şagirdlərin evlərini obyektlər arasında qeyd edib, bu qurulmuş koordinat sistemində şagirdlərin evinə getdiyi yolu nöqtələr çoxluğu kimi təsvir edir. Müəllim sonda şagirdlər ilə birlikdə qurduğu sistemdə koordinat başlanğıcını şagirdin evini göstərən nöqtə ilə birləşdirir. Müəllim şagirdlərə belə bir metodik şərh verə bilər ki, yer üzündə hər bir obyektin tutduğu yer olduğu kimi, koordinat sistemində də hər bir nöqtənin tutduğu mövqe var və bu mövqe onun koordinatları ilə təyin olunur. Nöqtə düz xətt üzərində 1, müstəvidə 2, fəzada isə 3 koordinatla təyin olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Çoxluqlar anlayışı haqqında

Çoxluqlar anlayışı haqqında

Çoxluq dedikdə, müəyyən əşyalar toplusu başa düşülür. Çoxluğun elementləri adlanan bu ünsürlər çox vaxt müəyyən ümumi keyfiyyətlərə malik olur.