Ana səhifə / Fayl mübadiləsi servisi / Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Dropmefiles fayl mübadiləsi servisinə həsr olunmuş dördüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünki video dərsimizin mövzusu Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi olacaq. Qeyd etmək istəyirəm ki, biz sayca üçüncü video dərslikdə dropmefiles linkinin elektron poçt vasitəsilə göndərilməsi prosesi ilə tanış olduq.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Bu zaman heç bir müddəti tənzimləmədik. Yəni adi qaydada Dropmefiles servisi yüklənmiş fayllar üçün formalaşdırılmış linki qarşı tərəfə göndərərkən standart olaraq 7 gün müddət təklif edir. Bu o deməkdir ki, həmin linkin servisdə saxlanılma müddəti 7 günə bərabərdir.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Necə edək ki, linkin servisdə saxlanılma müddəti həm artıraq, həm də azaldaq. Odur ki, bu gün ki, video dərsimizdə bu məsələlərə toxunacağıq. Bunun üçün faylları servisə əlavə etmək lazımdır. Video dərslikdə göstərildiyi kimi bunu mən əvvəlcədən etmişəm. Nəticədə yüklənmiş faylların sayı 4, ümümi həcmi isə 114 KBt-dır. Məlumat servisə tam yükləndikdən sonra cədvəl şəkilli məlumat istifadəçiyə təqdim olunur. Eləcədə 4 fayl üçün formalaşdırılmış vahid bir link istifadəçinin ixtiyarına verilir. Adi qaydada biz aşağıda göstərilən informasiyaya fikir vermirik. Lazım olan sahələri doldurub qarşı tərəfə göndəririk. Heç fərqinə varmırıq ki, məlumat servisdə hansı müddətdə saxlanılacaq. Gördüyümüz kimi Dropmefiles servisinin tənzimlənməsində standart olaraq müddət kimi 7 gün nəzərdə tutulur. Əgər biz bu müddəti artırmaq istəyiriksə,onda sadəcə 14 дней sahəsi işarələnir.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Sonra elektron poçtun ünvanı qeyd olunur.Sonra linkin kim tərəfindən göndərilməsi üçün ad qeyd olunur. Bundan sonra enter düyməsi sıxılır ki, həmin link göstərilmiş elektron poçta göndərilsin. Elektron poçt ünvanına göndərməyimiz barədə informasiya yazılır. Həmin linkin elektron poçt ünvanına göndərilməsi barədə məlumatı elektron poçt ünvanına daxil olmaqla bilmək olar. Bizim nümunədə bu box.az saytında mövcud olan elektron poçt olduğu üçün həmin sayta daxil oluruq. Gələnlər qovluğuna müraciət edirik. Video dərslikdən göründüyü kimi artıq gələnlər qovluğunda Dropmefiles servisindən bir məktub gəlib. Adətən oxunmamış məktublar qara yazılarla verilir. Məktubu oxumaq üçün onun üzərində bir dəfə siçanın sol düyməsi sıxılmalıdır. Dərslikdən göründüyü kimi Dropmefiles servisi məktub haqqında ətraflı informasiyanı istifadəçiyə tam təqdim edir. Məktub daxilində bizi maraqlandıran məhz faylları kompüterə endirmək üçün link olduğundan həmin linki tapırıq. Onu da qeyd edim ki, həmin keçidin aşağı hissəsində həmin linkin servisdə hansı müddətə aktiv olması barədə məlumat verilir. Keçid linkinə müraciət üçün üzərində siçanın sol düyməsi vurulur. Beləliklə növbəti pəncərə açılır. Həmin səhifədə linkdə toplanan fayllar barədə ətraflı məlumat verilir. Müddət kimi bu gündə daxil olmaqla 13 gün göstərilir.Eləcədə onları köçürmək üçün Скачать все düyməsi verilir. Скачать все düyməsi vurulduqdan sonra Google Chrome səyyahının aşağı sol küncündə kompüterə endirilmiş faylların siyahısı verilir. Dropmefiles servisi adətən zip formatında faylların kompüterə endirilməsini təklif edir. Baxmayaraq ki, fayllarımızı biz servisə ayrılıqda əlavə edirik, amma onların kompüterə endirilməsi zamanı zip formatında verilir. Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi zamanı növbəti bənd 1 скачивание sətrinin seçilməsidir.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Əgər bu sətr aktiv edilərsə, onda qarşı tərəfə göndərilmiş linkdəki məlumat yalnız bir dəfə kompüterə endirilə bilər. Burada incə bir məqam var ki, bu məlumat üçün formalaşdırılmış linkin servisdə saxlanılma müddəti cəmi 3 gündür.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Əgər bu linkdən qarşı tərəf göstərilən müddətdə istifadə etməzsə, onda link öz aktivliyini itirəcək. Odur ki, bu cür tənzimlənmənin seçilməsi zamanı diqqətli olmaq lazımdır ki, sonradan heç bir əziyyət çəkməyəsiniz. Və yaxud kiminləsə üz-göz olmayasınız.

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Beləliklə biz Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Dropmefiles keçid linkinin şifrələnməsi

Dropmefiles keçid linkinin şifrələnməsi

Dropmefiles saytında linkin istifadəsi üçün təyin olunmuş. müddət standart olaraq 7 gün qəbul olunur. Hal-hazırda video dərsdə göstərildiyi kimi biz bu müddəti dəyişmirik. Onun qarşısında olan şifrə üçün nəzərdə tutulmuş hissəni aktivləşdiririk. Mövcud sahədəki zolağı sağ tərəfə çəkdikdə keçid linkinin qarşısında Dropmefiles servisi tərəfindən təyin olunmuş bir şifrə meydana gəlir.

Добавить комментарий