Ana səhifə / Fayl mübadiləsi servisi / Dropmefiles keçid linkinin şifrələnməsi

Dropmefiles keçid linkinin şifrələnməsi

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Dropmefiles fayl mübadiləsi servisinə həsr olunmuş beşinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Dropmefiles keçid linkinin şifrələnməsi olacaq. Yeni qoşulan istifadəçilərimə üzümü tutub demək istəyirəm ki, Dropmefiles saytı fayl mübadiləsi sayıla bilər. Əgər bu video dərsliyimizə yeni qoşulan istifadəçilərimiz varsa bildirmək istəyirəm ki, bu mövzuya hərs olunmuş dörd video dərsliyimiz artıq youtube video portalında yerləşdirilib. Həmçinin gadirov.com saytında çap olunub. Bu video dərsliklərin köməyi ilə biz ən azı Dropmefiles servisinə faylların necə əlavə olunması prosesini öyrənmişik. Gəlin bunu bir qədər də təkrar edək. Əgər biz bu servisə hər bir fayllarımız, müxtəlif tipli faylları əlavə etmək istəyiriksə, onda ən sadəsi Dropmefiles yazılan bu simgənin üzərində siçanın sol düyməsinin sıxılması ilə həyata keçirilə bilər. Məsələn biz müxtəlif tipli fayllarımız servisə əlavə etməyə çalışaq. Bunun üçün açılan pəncərədə lazım olan fayllar qrupu qeyd olunur və Открыть düyməsi sıxılır. Gördüyümüz kimi 3 faylımız servisə əlavə olunmağa başlayır.

Dropmefiles keçid linkinin şifrələnməsi

Faylların servisə əlavə olunması prosesi saytın sağ tərəfində verilən cədvəldə öz əksini tapır. Beləliklə 3 faylımız servisə müvəffəqiyyətlə əlavə olunduqdan sonra həmin faylların göndərmək üçün vahid bir link formalaşdırılır. Həmin linki elektron poçt vasitəsilə,eləcədə sosial şəbəkələrin biri vasitəsilə digər dostlarımız, tanışlarımıza göndərə bilərik. Bu gün ki dərsimizin əsas məqsədi dropmefiles keçid linkinin şifrələnməsi ilə bağlı olduğu üçün şifrə ilə bağlı məsələni həll edəcəyik. Əvvəlki dördüncü video dərsliyimdə qeyd etmişdim ki, Dropmefiles saytı keçid linkini yaratdığı zaman onun üçün standart bir müddət təyin edir.

Dropmefiles keçid linkinin şifrələnməsi

Bu müddət linkdəki verilənlərin servisdə saxlanılması müddəti kimi qəbul olunur. Dropmefiles saytında linkin istifadəsi üçün təyin olunmuş. müddət standart olaraq 7 gün qəbul olunur. Hal-hazırda video dərsdə göstərildiyi kimi biz bu müddəti dəyişmirik. Onun qarşısında olan şifrə üçün nəzərdə tutulmuş hissəni aktivləşdiririk. Mövcud sahədəki zolağı sağ tərəfə çəkdikdə keçid linkinin qarşısında Dropmefiles servisi tərəfindən təyin olunmuş bir şifrə meydana gəlir.

Dropmefiles keçid linkinin şifrələnməsi

İstəsək həmin şifrənin surətini çıxarmaqla onu kompüterimizdə yadda saxlaya bilərik.

Dropmefiles keçid linkinin şifrələnməsi

Sonra isə formalaşdırılmış keçid linkini göndərmək tələb olunur.Bunun üçün göndəriləcək şəxsə məxsus e-mail ünvanını sayta göstərilən sahəyə yazırıq. Diqqət edin ki, elektron poçt ünvanının yazılışı zamanı səhvə yol verməyəsiniz. Əks təqdirdə həmin şəxs bu linki əldə edə bilməyəcək. Sonra məktub göndərən şəxsin adı qeyd olunur və Enter düyməsi sıxılır.

Dropmefiles keçid linkinin şifrələnməsi

Gördüyümüz kimi linki göstərilmiş elektron poçt ünvanına müvəffəqiyyətlə göndərilir. Gəlin dəqiq əmin olaq ki, həmin məktub elektron poçt ünvanına göndərildi yoxsa yox. Bunun üçün biz elektron poçt ünvanımıza daxil oluruq. Gələnlər qovluğuna müraciət edirik. Artıq Dropmefiles servisi tərəfindən məktub daxil olub. Həmin məktuba müraciət edərək açırıq.

Dropmefiles keçid linkinin şifrələnməsi

Məktub daxilində bəzi məlumatlar qeyd olunur. Bu məlumatlara xüsusən məktubun hansı servis tərəfindən göndərilməsi, neçə faylın olması, onların həcmi və elecə də həmin faylları yükləmək üçün link verilir. Keçid linkimiz şifrələndiyi üçün şifrənin özü də məktubda göstərilir.Həmin linkin servisdə aktiv olduğu son tarixdə məktubda yazılır.
Bu linkdəki məlumatı öz kompüterimizə köçürmək üçün ya həmin link üzərində siçanın sol düyməsi bir dəfə vurulmalı ya da link üzərində siçanın sağ düyməsini sıxaraq açılan konteks menyuda video dərsdə göstərilən sətri sıxmaqla həyata keçirmək olar. Bizim nümunədə ikinci üsul seçilir. Açılan növbəti səhifədə link daxilindəki fayllar barədə ətraflı məlumat verilir. Eləcədə linkin aktiv olma müddəti tarix və vaxtla əks olunur. Linkdəki məlumatın kompüterimizə endirilməsi üçün hökmən şifrə daxil etməliyik ki, Скачать все düyməsi meydana gəlsin.

Dropmefiles keçid linkinin şifrələnməsi

Elektron poçtumuza qayıdıb şifrənin surətini bildiyimiz üsulların biri ilə çıxardırıq.

Dropmefiles keçid linkinin şifrələnməsi

Sonra isə növbəti səhifədə göstərilən şifrə üçün nəzərdə tutulan sahəyə yerləşdirib ENTER düyməsini vururuq.

Dropmefiles keçid linkinin şifrələnməsi

Yalnız bu əməliyyatdan sonra Скачать все düyməsi aktivləşir. Həmin düyməni vurmaqla Dropmefiles servisinə əlavə edilmiş fayllarımız sıxılmış qaydada kompüterimizə endirilməyə başlayır. Yəni toplam 3 fayl üçün arxivləşdirilmiş bir fayl kompüterimizə endirilir.

Dropmefiles keçid linkinin şifrələnməsi

Dropmefiles keçid linkinin şifrələnməsi
Beləliklə biz mövzusu Dropmefiles keçid linkinin şifrələnməsi mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Linkin servisdə saxlanılması müddətinin tənzimlənməsi

Qeyd etmək istəyirəm ki, biz sayca üçüncü video dərslikdə dropmefiles linkinin elektron poçt vasitəsilə göndərilməsi prosesi ilə tanış olduq. Bu zaman heç bir müddəti tənzimləmədik. Yəni adi qaydada Dropmefiles servisi yüklənmiş fayllar üçün formalaşdırılmış linki qarşı tərəfə göndərərkən standart olaraq 7 gün müddət təklif edir. Bu o deməkdir ki, həmin linkin servisdə saxlanılma müddəti 7 günə bərabərdir.

Добавить комментарий