Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Dropmefiles fayl mübadiləsi servisinə həsr olunmuş ikinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Dropmefiles servisinə faylların əlavə edilməsi və ləğvi olacaq. Yeni qoşulan istifadəçilərimə üzümü tutub demək istəyirəm ki, Dropmefiles saytı fayl mübadiləsi sayıla bilər. Yəni böyük həcmli məlumatın bir istifadəçidən digər istifadəçiyə göndərilməsi üçün bu sayt praktik əhəmiyyət kəsb edir. Məlumatın servisə əlavə olunması üçün bir sıra qaydalar mövcuddur.
Dropmefiles servisinə faylların əlavə edilməsi və ləğvi
Onlardan ən sadəsi Dropmefiles yazılan bu simgənin üzərində siçanın sol düyməsinin sıxılması ilə həyata keçirilə bilər. Məsələn biz müxtəlif tipli fayllarımız servisə əlavə etməyə çalışaq. Bunun üçün açılan pəncərədə lazım olan fayllar qrupu qeyd olunur və Открыть düyməsi sıxılır. Gördüyümüz kimi 6 faylımız servisə əlavə olunmağa başlayır. Servisə yüklənən fayllar haqqında məlumatı Подпобнее düyməsinin sıxılması ilə əldə etmək olar.
Faylların servisə yüklənməsi haqqında məlumar aşağıdakı zolaqda faiz miqdarında verilir. Əgər biz fayllarımızı servisə səhv əlavə etmişiksə, onda onları rahatlıqla siyahıdan uzaqlaşdırmaq olar.
Bunun üçün əlavə olunan faylın simgəsi üzərində yaranan x düyməsini sıxırıq. Beləliklə faylımız yüklənmə siyahısından çıxarılır. Gördüyümüz kimi servisə əlavə olunan 5 fayl üçün vahid bir yükləmə linki formalaşdı.
Bu servisə eyni zamanda müxtəlif tipli faylları da əlavə etmək mümkündür. Bu servisin bir üstün cəhəti də ondan ibarətdir ki, yükləmə siyahısına əlavə olunan fayl hətta tam yüklənməsə belə onun üçün yaradılmış linki dostumuza göndərə bilərik. Nəticədə dostumuz siyahıda hazır olan faylları kompüterinə yükləyəcək. Digər hələ servisə yüklənən faylı isə tam yükləndikdən sonra kompüterinə köçürə biləcək.
Beləliklə biz Dropmefiles servisinə faylların əlavə edilməsi və ləğvi mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır