Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əziz oxucularım bu video dərsdə biz sizinlə xanaların təmizlənməsi və xanadakı informasiyanın ləğv edilməsi mövzusu ilə tanış olacağıq.
Xanaların təmizlənməsi və ləğvi
Məlumdur ki, Excel proqramında xanaya verilmiş və ya tətbiq olunmuş formatı adi qaydada silmək və ya ləğv etmək mümkün deyil. Bunun üçün xüsusi əməliyyat ardıcıllığı icra olunur. Belə ki, xanaya tətbiq olunan format və verilənin tam olaraq silinməsi üçün sadəcə Правка menyusuna daxil olub, əvvəlcə Очистить sətrini sonra isə Все sətrini seçməliyik. Digər qaydada xanaların təmizlənməsini öyrənmək üçün sadəcə videodərsə keçid alın.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır