Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əziz oxucularım bugünkü video dərsimizin mövzusu Microsoft Excel 2003-də Sətirlər və sütünlar üzərində əməliyyatlar olacaq.
Sətirlər və sütunlar üzərində əməliyyatlar
Microsoft Excel 2003-də əgər biz mövcud cədvələ konkret sütun əlavə etmək istəyiriksə, kursor göstərilmiş mövqedə yerləşdirilir. Bundan sonra Yerləşdirmək-Insert-Вставка menyusuna daxil olub, Столбцы əmrini seçin. Həmin sütunun silinməsi sütunu qeyd edin. Daha sonra isə Edit-Правка menyusuna daxil olub, Удалить sətri seçilir. Sətir və sütunlar üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
- Sətrin əlavə edilməsi
- Sütunun əlavə edilməsi
- Sətrin silinməsi
- Sütunun silinməsi
- Sətrin hündürlüyünun dəyişdirilməsi
- Sütunun eninin dəyişdirilməsi
- Sətrin gizlədilməsi
- Sütunun gizlədilməsi və s
Göstərilən əməliyyat ardıcıllıqlarının tətbiqini izləmək üçün aşağıdakı videodərsliyə keçid alın.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Mövzuya qulaq asdım.Kompüterimdə tətbiq etdim.Sağ olun.