Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri növbəti dərsimdə salamlayıram. Bugünki dərsimiz daha aktual problemlərin birinə həsr olunacaq. Praktiki olaraq kompüterə yüklədiyimiz proqramlarin böyük əksəriyyəti öz məlumatlarının bir hissəsini Windows reestrinə yerləşdirir. Lakin bu proqramları silərkən heçdə hamısı öz məlumatlarını tam olaraq Windows reetrindən silmir. Başa düşmək çətin deyil ki, bir müddət sonra bu cür «zibil» həddən çox ola bilər ki, bu da kompüterin işinə daha ciddi təsir edəcək, bəlkə də səhvlərin meydana çıxmasına səbəb olacaq.
Windows reestrini təmizləməyə ehtiyac varmı?
Əgər biz tez-tez kompüterə proqram yükləyib silsək, onda əməliyyat sistemimizin reestirini heç nədən «zibil»lə doldurmuş olacağıq. Bu səbəbdən kompüterinə proqram yükləyən və ya silən həvəskarlara məsləhət görərdim ki, vaxtaşırı təmizləsinlər.
Windows reestrinin düzgün təmizlənməməsi bir sıra problemlərə səbəb ola bilər. Məsələn, əgər biz kompüterimizə hər hansı bir proqramı yükləsək və onu düzgün olmayan üsulla silsək, onda bu proqramın elementləri reestrdə qalmış olacaq. Sözsüz ki, həmin proqramın kompüterə təkrar yüklənməsi zamanı səhv baş verə bilər. Hətta ola bilər ki, ümumiyyətlə proqram kompüterə quraşdırılmaz və ya işləməsində səhvlər yarana bilər. Təbii ki, buna səbəb həmin proqrama aid köhnə məlumatların reestrdə saxlanması və düzgün silinməməsidir.
Həmçinin ola bilsin ki, başqa bir proqramın qalıqları yenidən qurulmuş proqramın normal işinə mane olur. Bu zaman yuxarıda sadaladığım əməliyyatları yenidən təkrarlamağa zərurət yaranacaq.
Göründüyü kimi, bir sıra hallarda Windows reestrinin təmizlənməsi olduqca vacibdir.
Heç kəs öz-özünə əllə reestri təmizləmir. Reestrin təmizlənməsi üçün xüsusi proqramlar kütləsi və utilitlər vardır. Həm pullu, həm də pulsuz proqramlar mövcuddur.
Məhz hansı proqramı istifadə etmək lazımdır. Bu təbii ki, sizin öz seçiminizdir. Amma mən uzun müddətdir ki, CCleaner proqramından istifadə edirəm. Ona görə də bu proqramı sizlərə məsləhət görərdim.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır