Ana səhifə / Elektron dərsliklər / Termoprinterlər haqqında məlumat

Termoprinterlər haqqında məlumat

Paylaşmaq!

Termoprinterlər haqqında məlumatSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bu üsulla təsviri kağıza çap etmək üçün kağızın ayrıca götürülmüş hər hansı bir hissəsi qızdırılır. Bu halda kağız müəyyən nazik termohəssas örtüklə örtülür. Lokal qızdırma zamanı həmin örtüyün təsviryaradıcı birinci komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində görünən ləkə yaradır. Ümumiyyətlə bu üsulla müxtəlif rənglərdə çap etmək mümkündür.Bir qayda olaraq çap vaxtı qara rəngli təsviri təmin edən örtük daha yüksək temperatur və çap başlığının böyük təziqini tələb edir.

Termoprinterlər haqqında məlumat

Termoprinterlər haqqında məlumat

Termoprinteri çapedici başlığının əsas tərkib hissəsi qızdırıcı elementlər təşkil edir. Bunlar bir-birinin üzərində 2 sıra ilə düzülür. Bunlardan müəyyən cərəyan buraxdıqca elementdə istilik əmələ gəlir. Termoelementlərin özləri ölçü cəhətcə çox kiçik olduğu üçün printerin şap başlığıda kiçik qabarit ölçüsünə malik olur (qalınlığı bir neçə mm olur). Burada da çapedici başlıq üfüqi istiqamətdə hərəkət edir kağız isə şaquli istiqamətdə daxil edilir. Termoprinterlər matris qurğularına aid edilə bilər. Burada çap başlığı ilə kağız arasında mexaniki kontakt olmadığı üçün termoprinterlər zərbəsiz qurğulara da aid edilə bilərlər. Onların əsas mənfi cəhəti-xüsusi (qiyməti baha olan) kağızın tələb olunmasıdır.
1982-ci ildə adi kağıza çap edən termoprinterlər meydana gəlmişdir. Belə qurğulara rəngli maddəni irəli verən termoköçürməli və ya termoqrafik çap qurğuları deyilir. Adi termoprinterlərdə olduğu kimi burada da qızdırıcı elementlərə malik olan çap başlığı vardır. Termoplastik rəngləyici  məhz qızdırılan hissəsinə düşür. Konstruktiv cəhətcə bu cür çap üsulu çox sadə oluTermoprinterlər haqqında məlumatb səssiz işləyir. Termoköçürməli belə printerlərdə çap başlığının eni istifadə edilən kağızın buraxıla bilən maksimum ölçüsü təmin edilir. Buna görə də rəngləyici lentin də eni buna uyğun seçilməlidir. Bu halda çap başlığını kağız boyu hərəkət etdirən mexanizmə ehtiyac qalmır.
Termoköçürməli printerlər zərbəsiz matris printerlər sinfinə aid edilə bilərlər. Burada istənilən tip şriftlərdən istifadə etmək olar və qrafiki rejimdə işləmək heç bir problem yaratmır. Təsvirin aydın alınması nöqteyi-nəzərindən belə printerlər lazer printerlərindən heç də geri qalmır. Onların aydınlaşdırmaq qabiliyyəti 1 düymdə 300 nöqtədir. Çapetmə sürətinə görə bunlar mürəkkəb işləyən müasir damcılı printerlərdən geri qalır. Buna əsas səbəb termoelementin qızmasına sərf olunan vaxtdır. Bu cür çap qurğuları əsasən portativ printerlər kimi istifadə edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий