Ana səhifə / Elektron dərsliklər / Skaner və onun növləri

Skaner və onun növləri

Paylaşmaq!

Skaner və onun növləriSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Skaner [Scanner] gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skanerlərin iki növü var. Standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır, portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.

Skaner və onun növləri

Skaner və onun növləri

Skanerin iş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün  üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa yerə köçürmək, dəyişdirmək ,yazıb saxlamaq , elektron poçtla göndərmək və b. olar. Skaner alarkən aşağıdakıları göz önündə tutmaq gərəkdir. Qeyd: Ən sürətli skanerlər FireWire (və ya SCSI) portları vasitəsilə kompüterə qoşulur. Ancaq buna baxmayaraq, skanerlərin əksəriyyəti printer portu, yaxud USB vasitəsilə qoşulur. Skanerin başlıca göstəricisi bir düymədəki nöqtələrin sayı (dpi-dost per inch) ilə ölçülən çözümlülükdür. Skanerin çözümlülüyü nə qədər böyük olarsa, alınan  görüntü də bir o qədər yaxşı olacaq. Skanerlərdə standart çözümlülük-bir düymədə 200, 300, 600, 1200 nöqtədir. Skanerlə birlikdə, adətən, üç utilitdən ibarət xüsusi proqram təminatı da verilir. Birinci proqram bilavasitə görüntünü daramaq [scan] üçündür. İkinci proqramın (məsələn, Adobe PhotoDeluxe) köməyi ilə alınan görüntü redaktə olunur. Üçüncü proqram isə (məsələn, FineReader) mətnin optik tanınması (OCR-Optical Character Recognition) üçündür. Darama zamanı və daranan sənədin maksimal ölçüsü skanerin çox önəmli xarakteristikalarındandır. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların, sadəcə, əvəzi yoxdur. 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий