Simvolların optik tanınması
Daranmış mətni adi (redaktə oluna bilən) mətnə çevirmək üçün simvolların optic tanınması [Optical Character Recogintion, OCR] proqramlarından istifadə olunur. Süni intelektlə bağlı proqramların hamısında olduğu kimi, simvolların tanınması sistemləri də operatordan (istifadəçidən) çox diqqətli olmağı tələb edir. Proqram yanlışlıqlara yol verir ki, həmin yanlışlıqları da alınan faylı diqqətlə oxumaq və onu orjinalla tutuşdurmaq yoluyla aradan qaldırmaq lazımdır. Buna baxmayaraq, böyük həcimli mətni kompüterə daxil etmək gərəkdirsə, bu üsul sizə vaxtınıza qənaət etməyə imkan verər. Əlbəttə, yoxlamaq yazmaq qədər yorucu deyil.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır