Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bütün bunlara baxmayaraq, son illər Sİ kimi reklam olunan kommersiya məlumatları meydana gəlmişdir. Bunların arasında fərdi kompüterlərçün şahmat proqramlarını göstərmək olar. Belə hazır proqramların bəziləri orta səviyyəli şahmatçıya üstün gələ bilər. Onların təkmilləşdirilmiş ”böyük qardaşlar”-i isə daha böyük və güclü maşınlar üçün nəzərdə tutulmuşdur və qrossmeysterləri belə fikirləşməyə məcbur edir.
Sİ-in Kommersiya Sistemləri
Ekspert sistemi adlanan proqramlar kompüterlərin, lokomotivlərin təmiri, neft və başqa faydalı qazıntıların axtarışı, xəstənin müayinəsi və sərmayə qoyuluşu kimi sahələrdə qiymətli məsləhətlər verir. Sİ proqramları durmadan inkişaf edir, real aləmlə ünsiyyət bacarıqlarını kamilləşdirir. Əlyazmasını və səsi başa düşən,ingilis dilində və eləcə də başqa dillərdəki mətnləri dərk edə bilən proqramlar meydana gəlir. Hal-hazırda Sİ sistemləri sənaye robotlarına konveyerlərdəki məmulatları taniyan və onları birləşdirə bilən “göz” və “əl” vermişdir. Si tədqiqatları qısa tarixi boyu həmişə informatikanın ön cəbhəsində olmuşdur. Bu gün adi sayılan proqramlaşdırmadilləri, mətn redaktorları və obrazları tanıma proqramları əsasən Si sahəsindəki tədqiqatlara söykənir. Şübhəsiz ki, informatikanın sonrakı inkişafı və onun cəmiyyətə təsiri əhəmiyyətli dərəcədə Sİ sahəsindəki tədqiqatlarla bağlı olacaq. Bu cür perspektivlərə baxmayaraq, bu günə kimi yaradılmış Sİ proqramlarından heç birini sözün müstəqim mənasında şüurlu hesab etmək olmaz. Bu həm də onunla izah edilir ki, onların hamısı konkret sahələrəuyğun ixtisaslaşmışdır. Ən mürəkəb ekspert sistemləri öz imkanlarına görə çevik əqlə və geniş bilik dairəsinə malik insandan daha çox, təlim görmüş heyvanı və ya mexaniki kuklanı xatıladır. Sİ tədqiqatçılarının çoxu indi belə məhsulların əhəmiyyətli dərəcədə faydalı olacağına şübhə edir. Berklidəki kaliforniya unverstetinin filosofu, profesor Hubert Dreyfus da belə bədbinlərdəndir. Onun nöqteyi – nəzərincə, insan şüurunu psixoloji əsasından ayırmaq olmaz; rəqəmli kompüter insan deyil. Dreyfus deyirdi: “kompüterin nə bədəni, nə hissiyatı, nə də bir tələbatı var. O, sosial meylli də deyil . mən demək istəmirəm ki, ümumiyytlə, kompüterlər şüurlu ola bilməz, dediyim odur ki, insan həyatının faktları və yaşayış qaydaları ilə proqramlaşdırılmış rəqəmli komüterlər həqiqətən şüurlu ola bilməz. Ona görə bizim təsəvvür etdiyimiz süni intellekt mümkün deyil’.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır