Ana səhifə / Elektron dərsliklər / Sərt disk haqqında məlumat

Sərt disk haqqında məlumat

Paylaşmaq!

Sərt disk haqqında məlumatSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Sərt disk [hard disk; жесткий диск] sistem blokunun içərisində yerləşir və onun mövcudluğunu sistem blokunun qabaq panelindəki kiçik indikatora görə bilmək olar (sərt diskdən informasiyanı oxuyarkən, yaxud ora yazarkən həmin indikator yanıb-sönür). Əvvəllər sərt disklər o qedər baha idi ki, onlar IBM kompüterlərinin təməl dəstinə daxil deyildi. Yalnız 1983 ilində tutumu 10 Mbayt olan sərt disk ilk dəfə IBM PC/XT modelinə daxil edildi.

Sərt disk haqqında məlumat

İndi sərt disklər bütün kompüterlərdə var və artıq onların həcmi meqabayıtlarla deyil, giqabayıtlarla ölçülür. Adi danışıqda sərt disklərə çox zaman vinçester deyilir. Bunun maraqlı tarixçəsi var. İlk sərt disklərin işlənib hazırlandığı IBM firmasının bölməsi Vinçesterlər Evinin qonşuluğunda yerləşirdi. Bu ev məşhur “Vinçester 30-30” tüfənginin yaradıcısının dul arvadının idi. IBM-in buraxdığı ilk sərt disklərdə 30 cığır və hər cığırda 30 sektor olduğundan ona zarafatla “Vinçester” deməyə başladılar. İndi bu əhvalat unudulub, ancaq vinçester adı sərt disklərin üzərində hələ də qalır.

Texniki baxımdan sərt disk

Sərt disk haqqında məlumat

Sərt disk haqqında məlumat

Disketlərdən və kompakt-disklərdən fərqli olaraq sərt diskləri korpusdan çıxarmaq olmaz. Sərt disk hermetik izolə olunmuş qurğudur. Onun içərisinə hava nə girir, nə də çıxır. Buda oxuma və yazmanı yerinə yetirən mexaizmin yüksək dəqiqliyinə və böyük tutumlu informasiyaların yazılması və oxunması zamanı etibarlılığın təmin olunmasına imkan verir. Sərt disklərin çoxunda bir şipindelə montaj olunmuş iki və ya daha artıq löhvə olur. Oxuma/yazma başcığı kimi tanınan component başcığı hərəkət etdirən mexanizmin qoluna bərkidilir. Sərt disk qurğusunda bir neçə-hər diskin (lövhənin) hər iki üzü üçün bir dəst başcıq və qol olur. Bu da başcıqlara bütün lövhələrin hər iki üzünə birdən müraciət etmək imkanı verir. Kompüterdə bir neçə sərt disk quraşdırmaq üçün yetərincə yer var. Daha bir sərt disk artırsanız, o sistemdə D diski kimi tanınacaq. Eləcədə bir fiziki sərt diski bir neçə bölmələrə və ya seqmentlərə bölmək olar. Tutaq ki, C sərt diskinin tutumu 60 Gbaytdır. Onu hər biri 20 Gbayt olmaqla üç seqmentə bölmək olar. Beləliklə, bir fiziki disk üç məntiqi diskə çevriləcək: C,D və E. Bu üç diskin hamısının mahiyyətcə bir fiziki disk olmasına baxmayaraq, Windows onların hər biri ilə ayrıca işləyir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий