Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Semuel inadla, lakin səssiz-səmirsiz öz proqramını təkmilləşdirirdi. O, proqramında dama oyunun qaydalarını nəzərə almış və kömpüterə bir neçə gediş əvvəli hesablamağı öyrətmişdi.
Ekspert sistemlərinin ilk təcrübəsi
Semuelin proqramı bugünkü ekspert sistemlərinin ilk təcrübəsi idi. Proqram təcrübəni toplamaq qabiliyyətinə malik idi və bu təcrübəyə əsaslanaraq hərəkət etməyi bacarırdı, lap insanın özü kimi, maşın da səhvləri əsasında öyrənmək qabiliyyətinə malik idi.
Bu andan başlayaraq proqram hər bir oyundan sonra ustalığını artırmağa başladı. Çox keçmədi ki, o, artıq Semuelin özünü də udmağa başladı. 1962-ci ildə-ideyanın yaranmasından 15 il sonra isə proqram artıq usta səviyyəsində oynayırdı və hətta çempionla da hazır idi. Semuel yarışa Robert U. Nili cağırdı; o, 8 il idi konnektikut ştatının cempionu idi. Maşın onu asanlıqla uddu.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır