Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Əgər yadınızdadırsa biz əvvəlki dərsimizdə reestrin təmizlənməsindən söhbət açmışdıq.Məsələ burasındadır ki,istər yeni başlayan istifadəçi olsun,istərsə də bu sahədə az-çox təcrübəsi olan istifadəçi onu bu vəziyyətdə maraqlandıran daha bir sual olacaq. Reestrin defraqmentasiyası lazımdırmı? Bu məqaləmdə çalışacağam ki,sizlərlə bu sualla bağlı öz biliyimi bölüşüm.
Reestrin defraqmentasiyası lazımdırmı?
Hal-hazırda xeyli sayda pullu və pulsuz utilit proqramlar var ki,onlar kompüterə qulluq etməklə məşğuldurlar.Yəqin ki,onların bir qismi ilə artıq siz tanışsınız.Özündə bir sıra funksiyaları birləşdirən belə proqramlarda hökmən reestrin defraqmentasiyası üçün nəzərdə tutulan vasitədə olur.
Açığı desəm bu vaxta qədər bir xeyli utilit proqramı mən özümdə işlədib sınaqdan çıxartmışam.Onların böyük əksəriyyətini sizə də məqaləmin sonunda tövsiyyə edəcəm. Amma bunların hər birində reestrin defraqmentasiya olunması üçün vasitə olmasına baxmayaraq mən ondan istifadə etməmişəm.
Lakin bu məsələyə gəlin bir az məntiqlə yanaşaq.Bildiyimiz kimi əməliyyat sisteminin digər faylları kimi reestri təşkil edən faylın həcmi zaman keçdikcə böyüyür. Və nəticədə fraqmentasiya olunmasına ehtiyac duyulur.Əgər bu proses baş verməsə o zaman reestr fayllarına müraciət prosesi xeyli vat almış olur.Burada belə bir sual bizi narahat edir.Reestr fayllarının fraqmentasiya olunması nə dərəcədə əməliyyat sisteminin sürətinə təsir edə bilər?
Bu barədə belə bir fikir söyləyim ki,hətta xeyli sayda fraqmentasiya olunan reestr faylının kompüterdə olmasına baxmayaq o əməliyyat sisteminin işləmə sürətinə təsiri hiss olunmayacaq.
Mənim nöqteyi-nəzərimcə reyestri təmizləmək daha önəmlidir, nəinki onun fayllarının fraqmentasiya olunması.Bu o deməkdir ki,lazım oldu-olmadı kompüterə proqramlar yükləməyin.Nəzərə alın ki,işlətmədiyiniz proqramlar zaman keçdikcə kompüter üçün lazımsız zibilə çevriləcək.Və kompüterinizdə artıq yer tutacaq.Onların düzgün silinməməsi isə reestrdə artıq zibilin yaranmasına səbəb olacaq.Əvvəlki məqaləmdə reestrin təmizlənməsi haqqında öz tövsiyyələrimi yazmışdım.Ətraflı oradan oxuya bilərsiniz.Bir faktı da qeyd edim ki,reestrin təmizlənməsi zamanı hökmən onun ehtiyat nüsxəsini çıxartmağa çalışın.Nəzərə alın ki,istənilən kompüterə qulluq edən utilit proqramlar konkret alqoritmə əsasən işləyir.Çox güman ki,onlarda səhv edə bilir.
Tövsiyyələrimdə biri də pulsuz proqram təminatının kompüterinizə yazılmamasıdır.Buna bir sıra səbəblər var.Onlardan birini qeyd etmək istərdim ki,bu cür proqram təminatının kompüterə istalizasiyası zamanı yanaşı digər pullu utilit proqramların yazılmasıdır.Təbii ki,bu pullu proqramların müəyyən test müddəti vardır.Bu müddət bitdikdən sonra onu hökmən almaq sizə həmin proqramı istehsal edən şirkət tərəfindən təklif olunacaq.Bilirəm ki,siz bunu almayacaqsınız, amma yüz faiz silməyə cəhd edəcəksiniz.
Dediklərimə yekun vuraraq deyirəm ki, reestrin defraqmentasiyası ilə özümüzü yormağa dəyməz. Onun təmizliyi daha vacibdir. Halbuki, əgər siz kompüter üçün hansısa ödənişli utilit proqramından istifadə edirsiniz ki, o reestrin defraqmentasiyasını bacarır, onda bu əməliyyatı nəzərə almamaq olmaz. Düşünmürəm ki, reestrin defraqmentasiyası ziyan gətirə bilər.
Sonda reestrin defraqmentasiya ilə bağlı bəzi proqramları sizə tövsiyyə edə bilərəm.Bunlara: Advanced SystemCare 6, Auslogics BoostSpeed, Ccleaner, Wise Care 365,Glary Utulity kimi proqramların ödənişli versiyaları aiddir. Əgər sizdə bu mövzu ilə bağlı təcrübə varsa, onda bunu mənlə bölüşsəniz şad olaram.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır