Ana səhifə / Elektron dərsliklər / Windows reyestirinə necə daxil olmalı?

Windows reyestirinə necə daxil olmalı?

Paylaşmaq!

Windows reyestirinə necə daxil olmalı?Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Növbəti dərsimdə sizi salamlayıram. Bugünki dərsimiz Windows reyestrinə necə daxil olmalı? mövzuna həsr olunacaq. Əvvəlki dərsimizdə biz Windows Reyestri haqqında bilmək bizə nə fayda verə bilər? sualına cavab tapmağa çalışdıq. Windovs reyestri bildiyimiz kimi əməliyyat sisteminin mühüm tərkib hissəsidir. Lakin bu o demək deyildir ki, burada dəyişiklik etmək mümkün deyildir. Bəzi istifadəçilər burada hər hansı bir dəyişiklik aparmağa qorxurlar. Bəziləri isə bu işi yalnız hakkerlərin görə biləcəyini fikirləşirlər.

Windows reyestirinə necə daxil olmalı?

Sözsüz ki, reyestri ilə çox ehtiyatla davranmaq lazımdır, çünki biliksiz müraciət onunla əməliyyat sisteminin iş qabiliyyətinə təsir göstərə bilər. Əgər hər şeyi savadlı yerinə yetirə bilsək, onda əlimizdə elə bir güclü alət olacaq ki, onunla Windows  əməliyyat sisteminin konfiqurasiyasını dəyişə bilərik.

Reyestri ilə necə işləmək lazım olduğu haqqında məlumatı növbəti dərslərimdə sizinlə bölüşəcəm. Gəlin əvvəlcə «Windows reyestirinə necə daxil olmalı?» mövzusunu araşdıraq.

Hansı halda reyestrə baxmaq ehtiyacı yarana bilər? Bəlkə də bu sualın cavabı böyük əksəriyyət istifadəçilərə lazım olmayacaq.

Amma əvvəlcədən xəbərdarlıq etmək istəyirəm ki, Windows reyestirində aparılan hər hansı bir düzgün olmayan dəyişiklik bir başa sistemə ciddi təsir edə bilər. Bunun üçün məsələyə məntiqlə yanaşmaq lazımdır.

Windows reyestirinə daxil olmaq üçün xüsusi proqram-redaktor reestri proqramını işə salmaq lazımdır.

Bildiyimiz kimi Windows əməliyyat sistemində redaktor reestr proqramı vardır ki, onu da RegEdit adlandırırlar. Bu proqrama daxil olmaq üçün ya Başla menyusunun müvafiq sətrlərindən, ya da ki klaviaturada Win+R düyməsindən istifadə olunur. Açılan Выполнить adlanan pəncərədə regedit sözü yığılır və Enter və ya Ok düyməsi  sıxılır.

Windows reyestirinə necə daxil olmalı?

Beləliklə Редактор реестра (redaktor reestri) adlanan pəncərə açılır.

Windows reyestirinə necə daxil olmalı?

Şəkildən göründüyü kimi Redaktor reyestr adlanan pəncərənin strukturu ağacvaridir. Burada 5 bölmə təsvir olunub. Hər bir bölmə sistemin bütün sazlamalarını və quruluşunu özündə saxlayır. Bu barədə hər şeyi ətraflı olaraq növbəti dərslərimizdə öyrənəcəyik.

Davam növbəti sayımızda…

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий