Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. RAM (Random access Memory) – ixtiyari erişimli yaddaşdır. Mikroprossesor informasiyanı bu yaddaşdan oxuyur və bu yaddaşa da yazır. Siz kompüterin yaddaşında nəsə yaradısınızsa, söhbət məhz RAM-dan gedir.
Ram, Rom və fləş yaddaş
Çox zaman RAM və yaddaş anlayışları sinonimin kimi işlədilər. ROM ( Read Only Memory; постоянное запоминающее устройство) – daimi yaddaşdır. Mikroprossesor ROM-dan informasiyanı oxuya bilir, ancaq ora nəsə yaza bilmir ( və deməli, oradakı informasiyanı dəyisdirə də bilmir). Çox zaman ROM mikrosxemlərində kompüter üçün xüsusi komandaları–dəyişdirilməyən vacib informasiyalar saxlanılır. Bu informasiyalar yaddaş mikrosxemində saxlandığından mikropresosser ora muraciət edə bilir. BİOS-da ROM-da saxlanılır.
Fləş-yaddaş eyni zamanda həm Ram kimi, həm də ROM kimi işləyən xüsusi yaddaş növüdür. İnformasiya RAM -da olduğu kimi fləş-yaddaş yazıla bilir, ancaq cərəyan kəsildikdə operativ yaddaşdakı kimi informasiya itmir. Fləş-yaddaşdan, məsələn, fotoaparatlarda istifadə olunur.
Son zamanlar çoxlu sayda mobil rəqəmli foto-və video-kameralar, MP3-pleyerləri, cib kompüterləri, mobil telefonlar və b. Bu qurğuların hamısının informasiya daşıyıcıları da xüsusi tələblərə cavab verməlidir: Onlar yığcam olmalı, az enerji sərf etməli, böyük tutuma malik olmalı, oxuma və yazma sürəti yüksək olmalı və xidmət müddəti yetərincə uzun olmalıdır. Fləş-kart adlanan bu yaddaş bütün bu şərtləri ödəyir.
Kompüterlər üçün fləş-disklər daha geniş yayılıb. Böyük tutuma (32 meqabaytdan 64 giqabaytadək) malik olanlardan verilənlərin oxunma sürəti saniyədə təxminən 10 Mb olur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır