Ana səhifə / Elektron dərsliklər / Kompüter üçün əməli yaddaş seçmək qaydası

Kompüter üçün əməli yaddaş seçmək qaydası

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Növbəti elektron dərsliyimdə sizləri salamlayıram. Bu gün ki dərsizimin mövzusu kompüter üçün əməli yaddaşın seçilməsi olacaq. Bildiyimiz kimi əməli yaddaş haqqında internetdə kifayət qədər dərsliklər var. Bu mövzu düşünürəm ki, daimi aktual olaraq qalacaq.

Kompüter üçün əməli yaddaş seçmək qaydası

Lakin bu məqaləm vasitəsilə əməli yaddaşı sadə Azərbaycanlının başa düşdüyü tərzdə izah etməyə çalışacam. Demək bu gün dərsimizdə öz kompüterimiz üçün hansı əməli yaddaşı seçmək daha faydalı olar kimi suala cavab tapmağa çalışacağıq. Gəlin sadə başa düşülən dildə əməli yaddaşa tərif verək. Əməli yaddaşa çox vaxt operativ yaddaş və ya ingiliscə desək RAM deyirlər. Rus dilində isə OЗУ adlanır. Beləliklə əməli yaddaş dedikdə sadəcə kompüter proqramları ilə prosessor arasında aralıq qurğu rolunu oynayır. Yəni işlətdiyimiz proqramların bir sıra faylları  əvvəlcə əməli yaddaşa yüklənir. Sonra isə prosessor özünə lazım olan məlumatları əməli yaddaşdan götürür. Hesabladıqdan sonra isə yenidən əməli yaddaşa qaytarır. Bu proses olduqca sürətli gedir. Ona görə də bəzən əməli yaddaşı prosessordan sonra ikinci ən sürətli qurğu sayırlar. Keçdik əsas məsələyə. Sadə olsun deyinə kompüter üçün əməli yaddaş seçərkən bir sıra parametrlərə fikir vermək mütləq lazımdır. Onlar aşağıdakılardır.

  1. Əməli yaddaşın tipi
  2. Ötürmə qabiliyyəti
  3. Əməli yaddaşın həcmi
  4. Əməli yaddaşın tezliyi
  5. Gecikmə (Tayminq- Latency)
  6. İstehsalçı

Gəlin bu parametrlərin hər birini ayrılıqda başa düşülən tərzdə incələyək.

Kompüter üçün əməli yaddaş seçmək qaydasıBelə ki, əməli yaddaşın tipi dedikdə DDR1, DDR2,DDR3 və s. nəzərdə tutulur.DDR4 əməli yaddaşın tipi də mövcuddur. Bu yaxınlarda çıxıb. Amma bizim ölkədə  onun satışı yoxdur. Ona görə də ana lövhə və əməli yaddaşın tezliyini qəbul edən prosessor belə hazır satışda tapa bilməzsiz. Bu gün kompüter bazarında ən geniş yayılmış əməli yaddaşın tipinə görə DDR3 tipi birincilər sırasındadır. DDR3 əməli yaddaş tipinin DDR2 əməli yaddaş tipindən əsas fərqi odur ki, bir takt tezliyində DDR3 əməli yaddaşı 8 bit informasiyanı götürür. DDR2 əməli yaddaş tipində isə sadəcə 4 bitdir.Həmçinin digər fərq DDR3-də enerji sərfiyyatının azaldılmasıdır. Belə ki, DDR2-də enerji sərfiyyatı 1.8 v olduğu halda, DDR3 əməli yaddaş tipində isə bu 1.5v-dur. Buradan belə bir nəticəyə gəlmək olar ki, nə qədər enerjiyə tələbat azdırsa, onda əməli yaddaşın qızmasıda azdır. Belə ki, DDR3 əməli yaddaş tipində qızma DDR2 əməli yaddaş tipinə görə 40% azdır. Buna görə də DDR3 əməli yaddaş tipi üçün əlavə radiator quraşdırmaq tələb olunmur. Məlum məsələdir ki, DDR2 əməli yaddaş tipini dəstəkləyən ana lövhə ( sistem lövhəsi) DDR3 əməli yaddaş tipini dəstəkləmir.Eləcə də əksinə.

Əməli yaddaşın ötürmə qabiliyyəti elə parametrdir ki, bu bütövlükdə kompüterin işləmə qabilliyətinə birbaşa təsir edir. Bu parametrin sürəti mb/san ilə ölçülür. Bu o deməkdir ki, saniyədə neçə mb informasiyanı prosessora ötürə bilir. Optimal variant belədir. Deməli əməli yaddaşın ötürmə qabiliyyəti prosessorun şininin ötürmə qabiliyyətinə yaxın və ya ona bərabər olmalıdır. Gəlin bunu konkret nümunədə izah edək.

Şəkil 2-də göründüyü kimi bu əməli yaddaş fərdi kompüterlər üçün nəzərdə tutulub. Əməli yaddaşın həcmi 2 GB-dır. Əməli yaddaşın tipi DDR3 SDRAM-dır. Əməli yaddaşın tezliyi 1600 Мhz-dir. Qida gərginliyi 1.5 voltdur. Səmərəli ötürmə qabiliyyəti 12800 Mb/san-dir.Yaddaşın gecikmə sxemi isə 11-11-11-28-dir.

Kompüter üçün əməli yaddaş seçmək qaydası

Şəkil 3-də isə İntel firmasının Core i5-3340 nəsilli prosessoru təsvir olunub. Buradan məlum olur ki, əməli yaddaş üçün nəzərdə tutulan kanalların sayı ikidir. Maksimum səmərəli ötürmə qabilliyəti isə 25.6Gb/s-dir. Bu ölçü vahidini meqabaytla ifadə etsək, onda 25600 Mb/s alacağıq. Belə bir sadə nümunəyə baxaq.Deyək ki, bizdə 2gb-lıq səmərəli ötürmə qabilliyyəti 12800Mb/s olan iki ədəd əməli yaddaş varsa, onda yuxarıda göstərdiyim prosessor bu əməli yaddaşları dəstəkləyəcək. Çünki prosessor iki kanallı rejimi dəstəkləyir.Yəni 12800*2=25600 Mb/s.

Kompüter üçün əməli yaddaş seçmək qaydası

Həmçinin də əməli yaddaşın səməri ötürmə qabiliyyəti prosessorun maksimum səmərəli ötürmə qabiliyyətinə bərabərdir. Bu halda tövsiyyə olunur ki, əgər kompüterinizdə iki əməli yaddaş qurğusundan istifadə edirsinizsə, onda onların bütün parametrləri eyni olmalıdır.

Əməli yaddaşı xarakterizə edən parametrlərdən biri də onun tezliyidir. Əməli yaddaşın tezliyi herzlə, meqaherzlə ölçülür. Əməli yaddaşın tezliyinin yüksək olması onun daha məhsuldar işləməsinə dəlalət edir.

DDR1 əməli yaddaş 200/266/333/400 Mhz tezlikdə işləyirdilər( Takt tezliyi- saat sürəti isə 100/133/166/200Mhz)

Kompüter üçün əməli yaddaş seçmək qaydası

DDR1 əməli yaddaşın üç növ sürət adlandırılması vardır: Saat sürəti, DDR sürət adlandırılması və PC sürət adlandırılması.

 Saat sürəti x 2 = DDR sürət adlandırılması

DDR sürət adlandırılması x 8 = PC sürət adlandırılması.

 

Saat sürəti

DDR sürət adlandırılması

PC sürət adlandırılması

100 MHz

DDR200 PC1600
133 MHz

DDR266

PC2100

….. ….. …..
300 MHz DDR600

PC4800

 DDR2 əməli yaddaş  400/533/667/800/1600 Mhz tezliyi spektrində çalışırlar.( Saat sürəti isə 200/266/333/400/800 Mhz-dir)

Kompüter üçün əməli yaddaş seçmək qaydası

DDR2 SDRAM-ların 4 sürət adlandırılması mövcuddur (saat sürəti, DDR I/O sürəti, DDR sürət adlandırılması, Pc sürət adlandırılması).

 Saat sürəti x 2 = DDR I/O sürəti

DDR I/O sürəti x 2 = DDR sürət adlandırılması

DDR sürət adlandırılması x8 = PC sürət adlandırılması

Saat sürəti

DDR I/O sürəti DDR sürət adlandırılması

PC sürət adlandırılması

100 MHz

200 MHz

DDR2-400

PC2-3200

200 MHz

400 MHz

DDR2-800

PC2-6400

250 MHz 500 MHz DDR2-1000

PC2-8000

DDR3 əməli yaddaş isə 800/1066/1333/1600/1800/2000/2133/2200/2400 Mhz tezliyində calışır.(takt tezliyi-saat sürəti- 400/533/667/800/1800/1000/1066/1100/1200 Mhz-dir.)

Kompüter üçün əməli yaddaş seçmək qaydası

DDR3 SDRAM sürətlərinin də dörd növ adlandırılması vardır, ancaq aralarındakı əlaqə DDR2-dən bir az fərqlidir:

 Saat sürəti x 4 = DDR I/O sürəti

DDR I/O sürəti x 2 = DDR sürət adlandırılması

DDR sürət adlandırılması x 8 = PC sürət adlandırılması 

Saat sürəti

DDR I/O sürəti

DDR sürət adlandırılması

PC sürət adlandırılması

100 MHz

400 MHz

DDR3-800

PC3-6400

200 MHz

400 MHz

DDR3-1600

PC3-12800

 DDR4 əməli yaddaşın tezliyi isə 2400 Mhz-dən başlayaraq qalxacaq.

Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər siz əməli yaddaş almaq fikrindəsinizsə, ilk növbədə onun işləyə biləcəyi tezliyi nəzərə almaq lazımdır. Əməli yaddaşın tezliyi ana lövhənin dəstək verdiyi tezliklə uyğun gəlməlidir. Belə bir nümunəyə baxaq. Deyək ki, sistem lövhənin qəbul etdiyi əməli yaddaşın tipi DDR3-dür. Yaddaş tezliyi isə 1333 Mhz-dir. Siz hər hansı bir kompüter mağazasından yaddaş tezliyi 1600 Mhz olan DDR3 əməli yaddaşını alıb kompüterinizə quraşdırırsınız. Nəticədə nə baş verəcək? Sadəcə kompüteriniz işləyəcək. Amma yaddaş tezliyi 1600 Mhz-lə yox, sistem lövhəsinin qəbul etdiyi yaddaş modulunun tezliyi olan 1333 Mhz-lə. Nəticədə əməli yaddaşın ötürmə qabiliyyəti aşağı düşəcək. Lakin problem bununla bitməyəcək. Ola bilsin ki, əməliyyat sisteminin yüklənməsi zamanı kritik səhvlər baş versin.

Əməli yaddaşın həcmi onun parametrləri içərisində daha tez yadda qalanıdır.Bütövlükdə kompüterin məhsuldarlığına birbaşa təsir edir.Yaddaşın həcmi bu gün meqabayt və geqabaytlarla ölçülür. Düşünürəm ki, ofis işlərini görmək üçün əməli yaddaşın həcmi 2Gb olması yetərlidir. Daha mükəmməl işlər üçün 8 Gb əməli yaddaşa malik olan kompüteri işlətmək məsləhətlidir. Əməli yaddaşın həcminin böyük olması prosessora imkan verir ki, rama yüklənən proqramların işi zamanı aralıq məlumatları daha tez emal edə bilsin.

Sonda əməli yaddaşı xarakterizə edən sonuncu parametr onun  nə qədər yavaş (gecikmə) ola biləcəyinin ölçüsüdür. Aşağı gecikməli operativ yaddaşlar yüksək gecikməli əməli yaddaşlardan daha sürətlidir, çünki prosessora daha tez cavab verə bilirlər. CL “Low Latency/Aşağı gecikmə” səviyyəsini ifadə edir. Əməli yaddaşda olan gecikmələrin təsviri belədir. Məsələn: 5-5-5-18, 7-7-7-20, 9-9-9-25 və s. Qısa olaraq demək istəyirəm ki, əməli yaddaşın tezliyi qalxdıqca onun gecikmə sürəti də qalxır. Və ya əksinə.

Bu gün əməli yaddaşlar bazarda müxtəlif şirkətlər tərəfindən təqdim olunur.Lakin onları istehsal edən yalnız üç şirkət mövcuddur. Bu şirkətlər əməli yaddaş üçün çip istehsal edirlər. Digər şirkətlər isə sadəcə həmin çipləri alaraq müxtəlif sxemlər üzərində yerləşdirərək onları öz adları ilə bazara təqdim edirlər. Əməli yaddaş üçün çip istehsal edən üç şirkətin adı aşağıdakılardır.

  1. Samsung.Bu gün bazarda bu şirkətin payı 40%-dir.
  2. Hynix.Bu isə bazarın çip istehsalının 24% payına malikdir.
  3. Micron.Bu şirkətdə həmçinin bazarda 24% paya sahibdir. Düzünə qalsa bu cür çipə malik olan operativ yaddaşa heç özümdə rast gəlməmişəm.
  4. Qalan 2% payı isə bazarda elədə tanınmayan şirkətlər tutur.

Sonda bir müəllifi kimi onu demək istərdim ki, məqalədə yazılan xarakteristikaları nəzərə alıb kompüterinizdə əməli yaddaşla bağlı seçiminizi özünüz edə bilərsiniz. Odur ki, bu məqaləm və ya elektron dərsliyim həm yeni başlayan istifadəçilərə, həm də bu sahədə çalışan az-çox təcrübəsi olan istifadəçilərə kömək məqsədilə yazılıb.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий