Ana səhifə / Elektron dərsliklər / Proqramlaşdırmanın əvvəli-Babilistan

Proqramlaşdırmanın əvvəli-Babilistan

Paylaşmaq!

 

  

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Kompüter proqramları yazmaq üçün dillər İkinci Dünya müharibəsindən sonra meydana gəldi. Lakin proqramlaşmanın kökləri çox-çox qədimlərə gedib çıxır. 3800 il bundan əvvəl Babilistan sakini gil lövhədə bank faizinin hesablanması qaydasını, başqa sözlə, müəyyən növ məsələlərin addım-addım həlli yolunu təsvir etmişdi.

Proqramlaşdırmanın əvvəli-Babilistan

Proqramlaşdırmanın əvvəli-Babilistan

Eramızdan əvvəl III əsrdə İsgəndəriyyədə fəaliyyət göstərən qədim yunan alimi Evklid “Başlanğıc” adlı külliyyatının (15 kitabdan ibarətdir) səhifələrində iki ədəd üçün ən böyük ortaq bölənin tapılması qaydasını göstərmişdir. Qayda konkret ədədlər üçün deyil, ümumi şəkildə yazılmışdır.

BAĞDAD, CƏBRİ İŞARƏLƏR

Əl-Xarəzminin “Əl-cəbr və müqabili” kitabında indi “tam kvadrata ayırma” metodunu göstərmək üçün x2+10x=39 tənliyi həll olunur. 820-ci ildə Bağdadda yazılmış bu kitab orta əsrlərdə riyaziyyatın inkişafında böyük rol oynamışdır. ”Cəbr” sözü (əl-cəbr)“alqoritm” (əl-Xarəzmi) də bu kitabın və onun müəllifinin adı ilə bağlıdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий