Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Proqramlaşdırmada müxtəlif səviyyəli dillərdən istifadə edilir: maşın dilləri, Assembler, yüksək səviyyəli (alqoritmik) dillər. Maşın dili konkret kompüterin əmrlər sistemindən ibarət olub, bilavəsitə həmin maşın tərəfindən həyata keçirilir.
Proqramlaşdırma dilləri haqqında
Maşın dilində proqram tərtib etdikdə hər şeydən əvvəl dəyişənlər və konstantlar üçün maşının yaddaşında yer ayrılır. Maşın dilində proqram maşın əmrləri ardıcıllığından və dəyişənlər, konstantlar üçün yaddaşda təyin edilmiş müəyyən sahələrdən ibarətdir. Maşın proqramının strukturu qəti müəyyən edilmədiyindən, dəyişənlər, konstantlar və əmrlər proqramda ixtiyari ardıcıllıqda yerləşirlər. Yaddaşın əmrlər, konstantlar və dəyişənlər yerləşən oyuqları arasında heç bir fərq yoxdur. Belə ki, əmr üçün ayrılmış yaddaş elementi dəyişən yaxud konustant üçün də istifadə olunan bilən. Maşın əmrləri vasitələ çox sadə əməllər həyata keçirilir. Misal üçün yaddaşın bir oyuqunda yerlışən informasiyanı digərinə keçiriməli; iki oyuqun daxilində yerləşən kəmiyyətləri toplamalı və s. Bununla belə, maşın əmrləri vasitəsilə proqram tərtib etmək böyük əmək sərfi tələb edir. Maşın dilində tərtib edilmiş proqram sazlamaq da mürəkkəb məsələdir, çünki proqrama yalız bir əmirin əlavə edilməsi belə yaddaşda çox sayda ünvanın dəyişməsinə səbəb ola bilər. Maşın dili kompüterin qurğularrından tam istifadə etməyə imkan verir. Onun vasitəsilə kifayət qədər effektiv olan proqram tərtib etmək mümkündür. Qeyd etmək lazımdır ki, maşın dillində proqram tərtib etmək üçün proqramçı yüksək ixtisarı malik olmalıdır. Bnunla belə, bu dil əsasında yüksək əmək məhsuldarlığına nail olmaq olduqca çətindir. Assemberlər səviyyəli dillər konkret kompüterlərin əmrlər sisteminə uyğun gələn maşınyönümlü dillərdir. Buna baxmayaraq, onlar proqramı istifadəçi üçün daha rahat olan formada tərtib etməyə imkan verirlər. Assembler dilinin üstün cəhəti ondadır ki, dildə əmrlərə, konstantlara və dəyişənlərə müəyyən adlar mənsub edilir və bu adlar vasitəsilə onların özlərinə müraciət etmək imkanı yaranır. Bundan əlavə, dilə bir neçə proqram vahid proqram şəklində birləşdirməyə və səhvlərə nəzarət etməyə imkan verən vasitələr də daxil edilmişdi. Assembler dilində kompüterin bütün imkanlarından tam istifadə etməyə imkan verən effektiv proqramlar yazılır.
- problemyönümlü dillər;
- proseduryönümlü dillər;