Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterə yeni qurğunun qoşulmasından asan şey yoxdur. Periferiya qurğularının çoxu kompüterin xaricində olur.
Periferiya qurğusunun quraşdırılması
Sizə ancaq uyğun bağlayıcını (konnektoru) tapıb, kabeli ora birləşdirmək qalır. Periferiya qurğuları kompüterin içərisində də ola bilər; bu halda yeni qurğunu quraşdırmaq üçün sistem blokunu açmaq və onu genişləndirmə yuvasına (slotuna) taxmaq lazım gəlir. Bunun elə bir çətin proses olmamasına baxmayaraq, bu işi mütəxəssisə tapşırmaq daha yaxşı olar.
- Periferiya qurğularının əksəriyyəti sistem blokunun arxa panelində olan standart bağlayıcılara qoşulur.
- Nəyi isə quraşdırmadan öncə kompüteri söndürün.
- Ən asanı USB-və FireWire— qurğularını qoşmaqdır. Bu halda kompüteri söndürməyə belə gərək yoxdur, sadəcə, kabeli birləşdirmək yetərlidir.
- Adətən, öncə qurğu qoşulur, sonra isə uyğun drayverlər gərəkli olan proqramlar quraşdırılır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır