Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bugünki məqaləmdə Ölümün göy ekranı zamanı problemi necə həll etmək olar? sualına cavab axtaracağıq. Windows əməliyyat sisteminin işi və ya yüklənməsi vaxtı nasazlıq yarana bilər ki, bunun nəticəsində də ağ mətnli göy ekran meydana çıxacaq. Bu zaman yeganə çarə kompüteri yenidən yükləmək olacaq. Məhz buna görə də bu ekranı «Ölümün göy ekranı» adlandırırlar. Gəlin əvvəlcə bu cür sistem səhvinin yaranma səbəblərini və onunla mübarizə yollarını araşdıraq.
Ölümün göy ekranı zamanı problemi necə həll etmək olar?
Ölümün göy ekranı ya kompüterin yükləməsi vaxtı və ya da onun işi zamanı çıxa bilər. Onun yaranma səbəbləri böyük miqdarda ola bilər. Bu cür halda sadəcə nasazlığın səbəbinin təyininin dəqiq alqoritmini verə bilmək mümkün deyil. Çünki hər bir konkret hadisəni diqqətlə aydınlaşdırmaq lazımdır. Amma yenə də bu səhv zamanı yerinə yetirilən əməliyyatların siyahısını tərtib etmək olar. Bu isə bizə vəziyyəti anlamağa və problemi həll etməyə kömək edəcək. Əvvəlcə göy ekranda çıxan mesajı öyrənmək lazımdır. Ağ hərflərlə göy ekranda nasazlıq vaxtı əməliyyat sistemi 0×000000 formatda səhv kodunu çıxarır. Həmçinin ola bilər ki, nasazlığa səbəb olan faylda göstərilsin.Adətən səhv kodunun şifrini açmağı və tövsiyyələrə uyğun olaraq hərəkət etməyi məsləhət görürlər, amma mən bunu belə etmirəm. Məsələ burasındadır ki, səhvlərin təsviri o qədər ümumidir ki, birmənalı koda görə problemi müəyyən etmək ehtimalı azdır.Mən dəfələrlə elə vəziyyətlərlə rastlaşmışam ki, səhvin şifrini açması yanlış fikirə yönəldir. Məsələn, videokartla problemə göstərilirdi, amma antivirus nasazlıqların səbəbi idi. Bu səbəbdən biz səhv koda görə problemin həllinin axtarışına başlamazdan əvvəl sonuncu dəfə yerinə yetirilən əməliyyat ardıcılığını xatırlamaq lazımdır. Ola bilər ki, siz hansısa bir proqramı qurdunuz, qurğuların drayverlərini yenilədiniz, xüsusi proqramların (məsələn, CCleaner və s) köməyi ilə kompüteri və ya reyestri təmizlədiniz, kompüterin konfiqurasiyasına dəyişikliklər etdiniz və ya BIOS-da qurmaları dəyişdirdiniz, bütün bunlar ölümün göy ekranının yaranmalarına səbəb ola bilər. Bundan başqa elə viruslar var ki, yükləmə yazısı (MBR) adlandırılan və əməliyyat sisteminin yüklənməsinə cavab verən hissəni zədələyir. Buda eyni zamanda ölümün göy ekranının yaranmasına səbəb olur. Əgər siz koda görə səhvin təsvirini tapmaq istəyirsinizsə, onda sadəcə göy ekrandankı kodu istənilən axtarış sisteminin axtarış sahəsinə daxil edin, məsələn, Yandex və ya Google. Yaranmış problemin həlli üzrə tövsiyyələr verilmiş axtarış sisteminin nəticələrində görsənəcək.
Burada vəziyyət belədir. Əgər biz Windows əməliyyat sistemini yenicə kompüterə quraşdırmışıqsa və bu zaman «Ölümün göy ekranı» çıxırsa, deməli sistemin yüklənməsi zamanı hər hansı səhvə yol verilir. Bu problemin ən sadə həlli yolu əməliyyat sistemini yenidən kompüterə quraşdırmanız olacaq.
Əgər kompüterimiz uzun müddət və stabil olaraq işləyirsə və birdən-birə «Ölümün göy ekranı» çıxırsa onda axırıncı dəfə yenilədiyiniz və kompüterə yüklədiyiniz proqramları yadınıza salın. Çox güman ki səbəb bu olacaq. Bunun üçün həmin proqramları silmək və bir müddət kompüterin işinə nəzarət etmək lazımdır.
Əgər siz avadanlıq üçün nəzərdə tutulmuş drayveri yeniləmisinizsə və bu zaman «Ölümün göy ekranı» çıxırsa, onda tövsiyyə olunur ki,avadanlığı istehsal edən şirkətin rəsmi saytından bu avadanlıq üçün nəzərdə tutulmuş proqramın yeni versiyasının kompüterə endirib yükləyəsiniz.
Məsələ ondadır ki, kompüterin qurğularının qeyri-stabil işi səhvlərə səbəb ola bilər. Nəticə kimi, göy ekranın yaranması meydana çıxar. Budur mənim təcrübəmdən bir neçə nümunə:
- Zəif qidalandırma bloku videokartın öhdəsindən gəlmirdi.
- Çox kiçik korpusa görə prosessorun çox qızması — korpusun daxilində pis ventilyasiyadır.
- Əməli yaddaşın modullarının uyğunsuzluğu. Kompüterdə iki modul idi və ayrı-ayrılıqda onlar nasazlıqlarsız işləyirdilər, amma birgə iş zamanı konflikt yaranırdı. Problem həlli kimi yaddaş modulunun əvəz olunması oldu.
- TV-tuner-in köhnə drayverləri nasazlığa səbəb olur. Drayverlərin yenilənməsi problemi həll etdi.
Əlbəttə antivirus müdafiəsini unutmaq lazım deyil, çünki viruslar həmçinin ölümün ekranının yaranmasının səbəbi ola bilər. Xüsusi vasitələrin köməyi ilə virusların mövcudluğuna görə kompüteri yoxlamaq lazımdır. Ölümün göy ekranının yaranması problemi çox genişdir. Buna görə də əvvəlki məqalələrimdə ətraflı və təffərrüatı ilə bu barədə qeydlərim olub.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.