
Niyə 640 Mbayt və ya 74 dəq 33 san?
Bu məqsədlə layihənin icraçılarının apardığı sorğudan aydın olur ki, həmin vaxt Yaponiyada ən populyar klassik əsər Bethovenin, səslənmə müddəti 72-73 dəqiqə olan 9-cu simfoniyasıdır (Başqa versiyaya görə yaponlar arasında heç bir sorğu aparılmayıb, sadəcə, 9-cu simfoniyanı klassik musiqinin pərəstişkarı olan SONY-nin icraçı direktoru Akio Morita özü seçib.) Buna görə də kompakt diskin 74 dəqiqə, daha doğrusu, 74 dəqiqə 33 saniyə səslənmə üçün nəzərdə tutulması qərara alınır. Sonradan bu tutum təkcə audio- disklər üçün deyil, bütün kompakt –disklər üçün standart oldu. 74 dəqiqəni kilobayta çevirdikdə 640 Mb alındı. “Qırmızı Kitab” [Red Book] kimi tanınan standart belə yarandı.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır