Ana səhifə / Elektron dərsliklər / Matrisli printerlər haqqında məlumat

Matrisli printerlər haqqında məlumat

Paylaşmaq!

Matrisli printerlər haqqında məlumat

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Zərbəli printerlər kateqoriyasından olan matrisli printerlər [matrix printer матричный принтер] demək olar ki, köhnəlib. Onların dəstəklədiyi şriftlərin sayı və qrafik imkanları çox məhduddur.

Matrisli printerlər haqqında məlumat

Matrisli printerlər haqqında məlumat

Lazer printerlərinin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçüldüyü halda, matrisli printerlərin sürəti bir saniyədəki simvolların sayı ilə [CPS-Characters Per Second] ölçülür. Yüksək sürətli matrisli printerlər də var ki, onlar bir dəfəyə bir sətri tam çap edir və onlardan bəziləri hətta bir dəqiqədə 1000 sətrə qədər çap edə bilir. Yüksək sürət almaq üçün bəzi matrisli printerlərdə dörd (və ya daha artıq) çap başcığı olur ki, onların da hər biri öz sətrini çap edir. Nə qədər “köhnəlmiş“ hesab olunsalar da müəyyən işlər var ki, onlarda matrisli printerlərin, sadəcə əvəzi yoxdur. Belə işlər misal olaraq rulon kağızda geniş formatlı kağızda, yaxud kömür kağızla [carbon; копирка] çapı misal göstərmək olar. Bu tipli işlərdə, eləcə də ölşüləri standart olmayan və qalın kağızda çap zamanı lazer və şırnaqlı printerlər, demək olar ki, yararsız olur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий