Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bundan bir az sonra Makkartinin başçılıq etdiyi qrup Lisp proqramlaşdırma dilini işlədi (list processing-siyahıların işlənməsi ). Fortrandan fərqli olaraq, Lisp ədədi olmayan simvollarla, xüsusi halda ingilis sözləri və ifadələri üçün nəzərdə tutulurdu.
Lips proqramlaşdırma dili
Lisp proqramında istənilən verilənlər siyahı şəklində formalaşdırılır. Bu dilin əsas fərqli cəhəti ondan ibarətdir ki, verilənlər və proqramlar mötərizəyə alınmış simvollar siyahısıdır. Lispdə siyahılarla işləmək üçün əsas alət funksiya adlanır; məsələn: X vəY dəyişənlərinin toplanması Fortranda X+Y kimi yazılır. Lispdə həmin əməliyyat (X=Y) kimi yazılır, bu halda operator plyus simvolu ilə toplama funksiyasını bildirir və X, Y operandlarından əvvəl gəlir. Sadə hesab əməlləri üçün belə yazı forması əlverişli olmasa da,o,bir çox riyazi konsepsiyaları qısa yazmağa imkan verir. Bu həm də ədədi olmayan simvollara aiddir; məsələn: SETQ funksiyasının köməyi ilə proqramçının imkanı var ki, nəyə isə onun qiymətini mənimsətsin. Müəyyən vaxta qədər mənimsətmə qiyməti bildirməyə bilər: (SETQ YAĞIŞ) (GET “DÜNƏN” YAĞINTI), yəni proqrama əmr verir ki, siyahıdan YAĞINTI qiymətini çıxarsın və bu qiyməti YAĞIŞ obyektinə mənimsətsin. Lips proqramında YAĞINTI elementi həm 0,25 mm ədədi qiymətini, həm də mətn-YAĞMUR sözü qiymətini ala bilər. Başqa sözlə, iki müxtəlif tip informasiyaya malik ola bilər.
1960-ci illərin sonlarında “Eliza” proqramı daha çox tanınmışdı. Onun müəllifi “Ceneral elektrik” şirkətinin keçmiş mühəndisi, MTİ-də informatikanı tədris edən Cozef Uayzenbaum idi. Proqram əvvəl universal sistem kimi qurulmuşdu və onda nəzərə alınan istənilən mövzuya aid dialoq aparmaq imkanı verirdi. Bu proqramın variatlarından biri-“Doktor” daha məşhur idi.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır