Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Məqalənin mündəricatı
Lasso tool aləti haqqında
Lasso (kəmənd) alətinin üç növü var:
- Lasso tool (kəmənd —лассо) — sərbəst sahəni ayrılma aləti, oxun hərəkətinin qapanmış traektoriyasından törədilir.
- Polygonal Lasso (çoxbucaqlı lasso — многоугольное лассо) — bu alətin köməyilə sahənin ayrılmasını ardıcıllıqlı düz xətlərdən (seçilmiş nöktələri ayrılmış obyektin konturun uzununa birləşdirir) hazırlanır. Bir damcı zəhmətlik, diqqətlik və səbirlik olsa bu alətin köməyilə çox çətin olan konturları yüksək keyfiyyətlə ayırmaq olar.
- Magnetic Lasso (magnitli lasso — магнитное лассо) — bu ayrılma alətin fəaliyyəti fonun və obyektin rənglərinin fərqinə əsaslanır. Fotoşop özü bu fərqi müəyyən edir və sizin iştirakınız olmadan sizə lazım olan sahəni ayırır. Çox çətin konturların (saçları, otları, ağacın budaqları) ayrılmasına rahatlıq yaradır.
Lasso (kəmənd — лассо) alətin sazlaması
Lasso və Polygonal Lasso alətləri Marguee (ayırma —выделение) alətin sazlamalarına oxşayan sazlamalara malikdir. Magnetic Lasso isə özünün əlavə sazlamaları var:
— Width (en — ширина) opsiyası ayrılmış konturun xəttinin qalınlığını (fırçanın diametri) müəyyən edir. Əgər dəqiq ayrılma lazımdırsa, onda Width opsiyasını biraz kiçik götürmək lazımdır. Əgər çox dəqiqlik lazımdırsa, onda alətin diametrini böyük götürə bilərsiniz.
— Edge contrast ( qırağın ziddiyyəti — Контрастность края) opsiyası ayrıma konturu çəkəndə yanaşı piksellərin parlaqlıq fərqini müəyyən edir.
— Frequency (sıxlıq — частота) opsiyası ayrılma keçən dayaq nöktələrin sıxlıqını təyin edir, Nə gədər bu opsiyanın qiyməti böyükdürsə o qədər dəqiq ayrılmanın konturu çəkiləcək. Cox çətin (çox kiçik detallar olan) konturlar üçün maksimal dayaq nöqtələr vermək lazımdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır