Ana səhifə / Elektron dərsliklər / İKT-nin mahiyyəti və predmeti

İKT-nin mahiyyəti və predmeti

Paylaşmaq!

İKT-nin mahiyyəti və predmeti bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İKT moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İKT-nin mahiyyəti və predmeti

“İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın – informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.

İKT-nin mahiyyəti və predmeti

İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir.

Nəzəri olaraq İT — nin mənbələri aşağıdakılardır:

  1. Sistem texnikası;
  2. hesablama sistemləri nəzəriyyəsi;
  3. proqramlaşdırma texnologiyaları;
  4. verilənlər bazası nəzəriyyəsi;
  5. erqonomika;
  6. dizayn və informasiya – texnoloji profilli digər elmlər.

 İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter sosial mühit sistemində təsirləridir. Söhbət insan-maşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.

XX əsrin sonlarında inkişaf etmiş ölkələrin ictimai həyatında müəyyənedici rol oynamağa başlayan iqtisadi hadisə aşkar şəkildə təyin olundu. Bu hadisə rifah (nemət) istehsalında yaradıcı əməyin dominant rolundan ibarətdir. Yaradıcılıq adı altında insanın heyvan və ya maşın tərəfindən həyata keçirilə bilməyən istənilən ali fəaliyyəti başa düşülür. Yaradıcı fəaliyyətin məhsulu sənaye əsri üçün xarakterik olan maddi məhsul deyil, informasiya məhsuludur. Beləliklə, müasir cəmiyyətdə yeni iqtisadi dominant köhnəni əvəz edir.

Hər bir sahədə oldugu kimi İKT sahəsinin də özunəməxsus bazarı olur. Əgər bir sahədə məhsul və xidmətlərin istehsalı baş verirsə həmin sahə ilə bağlı bazar da formalaşır. Həmin bazar sadəcə olaraq mövcud olmur, o eyni zamanda müəyyən iqtisadi keyfiyyətlərə sahib olaraq bazara məhsul çıxaran sahənin inkişafina birbaşa təsir edir.

Deməli, İKT sahəsində informasiya məhsullarının mövcudluğu informasiya bazarının yaranmasına səbəb olur. İnformasiya bazarı dedikdə informasiya əmtəəsinin istehsalı, mübadiləsi, istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi, hüquqi, təşkilati münasibətlərin məcmusu başa düşülür. İnformasiya bazarında informasiya deyil, informasiya fəaliyyətinin məhsulları satılır və dövr edilir.

İnformasiya məhsulu isə elə bir məhsuldur ki, o təkcə ayrı-ayrı istehlakçılar üçün deyil, bütün bəşər cəmiyyəti üçün də mühüm əhəmiyyətə malikdir.

Nəzəri baxımdan informasiya bazarının mahiyyətini dəqiq anlaya bilmək üçün informasiya məhsulları haqqında təssəvür olmalıdır.

İnformasiya texnologiyalarının inkişafı üçün yeni texniki vasitələrin, kompterlərin, kompüter texnologiyası və telekommunikasiya vasitələrinin, proqramların yaranması və get–gedə də daha geniş məkanda yayılmasına səbəb olur. Lakin bu vasitə və texnologiyalar dünyanın bütün ölkələrində hazırlanmır və istehsal edilmir. Eyni zamanda istehsalçı ölkələr daxilində də informasiya kommunikasiyalarının vasitə və proqramları müxtəlif şirkətlər tərəfindən istehsal edilir. Bunun nəticəsindədə İKT və vasitələrinin proqram təminayı məhsullarının istər-istəməz alınıb-satılması zərurəti yaranır. Beləliklə də, informasiya məhsulları, onların növ müxtəlifliyi ortaya çıxır.

İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləri, verilənlər bazası və xidmətləridir.

İnformasiya məhsulu istifadəçinin tələbinə uyğun hazırlanan və mal formasında təqdim edilən, sənədləşdirilən informasiyadır. İnformasiya məhsullarına proqram məhsulları, verilənlər bazası və digər informasiyalar aiddir.

İnformasiya məhsulları çox vacib, lakin unikal olmayan xüsusiyyətə malikdir. Belə ki,informasiya məhsulunun ilkin nüxsələrinin qiyməti sonrakı nüxsələrə görə cox yüksəkdir. Bu xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması, ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması prosesində özünü göstərir.

Elmi — texniki tərəqqinin naliyyətləri əsasında əldə olunan məhsulların alqı-satqı prosesi elmi- texniki məhsullar bazarını formalaşdırır. ETT maddi istehsalın və cəmiyyətin tələbatının genişlənməsi və mürəkkəbliyi ilə bilavasitə baglıdır.

İqtisadiyyatda ETT və ETİ anlayışları fərqləndirilir. ETT-dən fərqli olaraq ETİ istehsalın elmi əsaslarla ikişafının keyfiyyətcə və köklü surətdə həyata keçrilməsini xarakterizə edir.

Hər bir ölkənin ETT onun elmi- texniki potensialı ilə şərtlənir. Elmi – texniki potensiala aşğıdakılar aid edilir:

  1. Kadr potensialı— alimlər, mühəndislər, elmi peadaqoji kadr hazırlığı ilə məşgul olan işçilər, fəhlələr və s. daxildir.
  2. Maddi–texniki resurslar— elmi tədqiqat və bu tipli digər işlərin həyata keçirilməsi, təkmilləşdirilmiş texnika və texnologiyaların nümunələrinin hazırlanması məqsədi ilə mövcud və nəzərdə tutulan əsas və dövriyyə fondları daxildir.
  3. İnformasiya potensialı— elmi tədqiqat fəaliyyətinin və onun nailiyyətlərinin istehsalda istifadəsinə hazırlıq prosesinin informasiya təminatı üçün zəruri olan müxtəlif informasiya daşıyıcılarında yıgılmış məlumatların məcmusunu xarakterizə edir.
  4. Təşkilati, iqtisadi və idarəetmə potensialı— elm və texnikanın birgə fəaliyyətini ümumiləşdirən üsul və vasitələrin məcmusundan ibarətdir.

ETT-nin səmərəliliyi 3 istiqamətdə hesablanır: iqtisadi, texnoloji və sosial.

1. İqtisadi səmərəlilik— müxtəlif elmi- texniki yeniliklərin istehsalın nəticəsinə təsirini müəyyənləşdirməyə imkan verir. Elmi – texniki yeniliklərin mühüm istiqamətlərindən olan yeni texnikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi konkret olaraq əmək sərfinin azaldılması, ümumi xərclərin tərkibində texnikanın istismar xərclərinin azaldılması, işə sərf olunan vaxtın azaldılması və əmək şəraitinin yaxşılaşdırılması kimi göstəricilərdən istifadə olunur.

  1. Texnoloji səmərəlilik— yeni texnika və texnologiyaların texniki- iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təkmillşdrilməsini xarakteizə edir.
  2. Sosioloji səmərəlilik- elmi – texniki yeniliklərin işçilərin həyat və əmək şəraitinə təsirini müəyyənləşdirməklə istifadəəə olunur.

Cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələləyə bölürlər:

  1. Aqrar cəmiyyət
  2. Sənaye cəmiyyəti
  3. Informasiya ( postsənaye) cəmiyyəti

Sənayeyə qədər cəmiyyət insanın təbiyyətlə qarşılıqlı təsiri üzərində təşkil olunmuşdur: resurslar hasiledici sənaye sahələri tərəfindən təmin olunur, cəmiyyət isə azalan vergi və aşağı məhsuldarlıq qanunlarına tabe olur. Sənaye cəmiyyəti-insanın yeniləşmiş təbiətlə qarşılıqlı təsiridir. Bu qarşılıqlı təsir insanla maşının qarşılıqlı münasibətlərinə əsaslanır və enerjinin təbii ətraf mühitin texniki mühitə keçməsi üçün istifadə olunması prosesinə əsaslanır.

Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəlməli idi. Bu şərait XX əsrdə yarandı. Artıq və lazımsız olan çoxlu miqdarda informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə eilməsi ilə başlandı. Bu proses informasiyalaşdırma adlanır.

Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə» sozündən istifadə olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır. Beləki, bu gun texniki vasitlər deyil,sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …