IKT-də informatikanın rolu və yeri bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İKT moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
IKT-də informatikanın rolu və yeri
İnformatika sözü 1960- cı ildə ilk dəfə fransızlar tərəfindən elmə daxil edilmişdir və mənası informasiyanın avtomatik emalı deməkdir, yəni «informatique + avtomatique» sözlərinin birləşməsindən götürülüb. İngilis dilli dövlətlərdə Computer Scienee – hesablama texnikası haqqında elm deməkdir. İnformatikanın əsasını 2 elm təşkil edir: kibernetika və sənədləşdirmə. Sənədləşdirmə XIX əsrin 30-40 –cı illərdə istehsal münasibətlərində burjua inqilabının inkişafı ilə əlaqədar olaraq yaranmışdır. XX əsrin 20-30 – cu illərdə öz çiçəklənmə dövrünü keçirmişdir. Kibernetika isə (idarə etmədə sunilik) 1948- ci ildə amerikalı riyaziyyatçı Nobert Vinner tərəfindən elmə daxil edilib.
XIX əsrdə fransız fiziki Andre Mari Amper kibernetika sözünü öz elmi işlərində istifadə etmişdir. Səbəbi : o bütün elmlərin vahid sistemli klasifikasiya məsələləri ilə məşğul olarkən belə bir nəticəyə gəlmişdir ki, bütün fənnlərinin əsasını idarəetmə elementləri təşkil edir və onlar arasında qarşılıqlı əlaqə vardır. Buna baxmayaraq kibernetika və informatika bir- birindən fərqlənir: informatika-aparat proqram vasitələri əsasında informasiyanın emalı ilə məşğul olur. Kiernetika – informasiyanılı yaxınlamalarda idarə etmə obyektinin qurulması. İnformatika kompüter texmiologiyasına əsaslanır və onsuz mövcud deyildir. Kibernetika isə öz – özlüyündə yaranır, obyektləri idarə etmək üçün müxtəlif model yaradılır və kompüter texmiologiyasına əsaslanır. İnformatika geniş mənada kompüter və telekomunal əlaqə vasitələri ilə informasiyanın yığılması, ötürülməsi, saxlanması və emalı üçün mühəndis elmi – texniki sahələrlə bağlı olan insan fəaliyyətinin bütün sahələrini əhatə edir. İnformatika dar mənada 3 əlaqəli hissədən ibarətdir
- Texniki təminat ;
- Proqram təminatı ;
- Alqoritmik təminat.
İnformatikanın əsas funksiyası – informasiyanın yenidən dəyişdirilməsi (formasının dəyişdirməsi) və işlənməsi üçün istifadə olunan metod və vasitələrindən, həmçinin onlardan istifadə etməklə informasiyanın yenidən dəyişdirilməsinin texnoloji proseslərinin qurulmasından ibarətdir.
İnformatikanın məsələsi dedikdə :
- ixtiyari təbiətli informasiyalı proseslərin tətbiqi
- İnformasiyalı texnikanın yenidən işlənməsi; informasiyalı proseslərin tətbiqi zamanı alınan nəticələr əsasında informasiya emalı üçün yeni texnologiyalarln yaradılması
- İctimai həyatın bütün sahələrində hesablama texnikası və texnologiyasından istifadə etməklə müxtəlif tipli məsələlərin (problemlərin) həll edilməsi.
İnformatika kompleks elmi – texniki fənndir və ixtiyari sahələrdə meydana çıxan problemləri kompüter texmiologiyasının köməyi ilə həll edilməsinə yönəlibdir.
İnformatikanın fəaliyyət dairəsi “kompyuter haqqında” elm olmaqdan daha genişdir. Akademik B.M. Qluşkovun və B.S. Mikaleviçin fikrinə görə informatika kompyuterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələndirilməsinin işlənməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır
Müxtəlif iqtisadi və digər məsələlərin həlli çoxsaylı amillərin təsirinin kəmiyyətcə qiymətləndirilməsini, nisbətlərin proqnozlaşdırılmasını və s. nəzərdə tutur. Bu isə hesablama tenikası vasitələrinin və riyazi aparatın köməyi ilə həyata keçirilə bilər.
İnformatika bir elm sahəsi kimi, informasiyanın quruluşu, ümumi xassələri, yaradılması, saxlanılması, axtarışı, çevrilməsi, ötürülməsi və istifadəsinin-insan fəaliyyətinin müxtəlif sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir.
İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir. İqtisadi informatika iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin texniki- texnoloji və digər vasitələrini, insan- maşın sistemlərindəki çoxcəhətli münasibətləri öyrənir.
İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
- İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).
- Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntuqu aparat).
- Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin modelləşdirilməsi ekspert sistemləri, obrazların tanınması, intellektual robortar).
- Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemləri və şəbəkələri).
- Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda,texnikada,hərbi işlərdə,hüquqi sahədə yaranan məsələlər).
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır