Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Müəssisələrdə idarəetmə prosesi nəzərdən keçirilərkən informasiya anlayışı kimi konkret idarəetmə obyektlərinə, konkret istehsal-texnoloji proseslərə, əmək və material ehtiyatlarına dair məlumatlar nəzərdə tutulur.
İqtisadi informasiya anlayışı
İstifadə obyektindən asılı olaraq müxtəlif tip informasiya mövcuddur. Onlardan biri iqtisadi informasiyadır
İqtisadi informasiya istehsalat-təsərrüfat fəaliyyətini xarakterizə edir və idarəetmə məqsədi üçün təyin edilir. İqtisadi informasiya müxtəlifdir. O ya artıq baş vermiş, yaxud baş verəcək hadisələri, prosesləri əks edir. Birinci halda hesablama ilə, ikincidə isə planlaşdırma ilə əlaqədər informasiya nəzərdə tutulur.
Yaranma mərhələsindən asılı olaraq ilkin və əlavə informasiya mövcuddur.
İlkin informasiya İstehsalat-təsərrüfat məsələlərinin həyata keçirilməsi, müəssisələrin maliyyə və digər fəaliyyəti nəticəsində yaranır. Beləliklə, ilkin informasiyanın mənbəyi istehsalatdır.
Əlavə informasiya ilkin informasiyanın emalı nətcsnidə əldə edlir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
salam mene infomatika testeri lazimdir