Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. IP adresi İnternet Kontrol Protokolu (İnternet Protokolu) standartını istifadə edən və bir şəbəkədəki cihazların bir-birini tanımaq, bir-biri ilə əlaqə qurmaq və məlumat alış-verişi etmək üçün istifadə olunan bənzərsiz bir nömrədir. İnternet bağlantısı olan hər bir cihaza aid olan bir İP adresi olmalıdır. Bu adres və ya nömrə, göndərilən məlumatın düzgün ünvana (adres) göndərilməsini, ya da məlumatın düzgün ünvandan (adres) alınmasını təmin edir.
Məqalənin mündəricatı
IP adreslər haqqında ümumi məlumat
Bugün istifadə olunan iki növ İnternet Protokolu vardır : IPv4 və IPv6 .
IPv4
Bu hələ də istifadə olunan standart İnternet Protokoludur və 32 bitdən , başqa sözlə səkkiz bitlik 4 rəqəmdən ibarətdir. Bu rəqəmlər, 0 ilə 255 arasında dəyişir. İPv4 protokolundakı bir adres 1.0.0.0 ilə 255.255.255.255 arasında hərhansı bir rəqəm ola bilər. Bu protokolu isitfadə edərək 4 milyarddan çox adres yaratmaq mümkündür .
IPv6
İP adresləri bloklar halında təsis olunduguna görə , birçox İP adres aralığı istifadə olunmamaqdadır. Bu səbəblə artan şəbəkə istifadəçisi sayına görə, daha böyük İP adresinə ehtiyac var. Elə İPv6 da bu ehtiyaca gorə yaradılmışdır. İPv4 –dən fərqli olaraq İPv6 , 128 bit genişliyindədir, bu da 2128 ədəd, başqa sözlə 3 x 1038 ədəd bənzərsiz adres deməkdir.
İP adresi nə işə yarayır?
İP adresi vəya nömrəsi, bugün qanun qaçaqlarından online satışa qədər bir çox sahələrdə intensiv olaraq istifadə olunan bir məlumatdır . İP nömrəsinə baxaraq istifadəçinin yerləşdiyi ölkəni, şəhəri, dəqiq ünvanı və İSP (İnternet Provayder) tapmaq mümkündür. Bu məqsədlə on minlərcə İP nömrəsini ozündə saxlayan böyük məlumat bazalarına (Database) və İP nömrələrini bir-biri ilə müqayisə edə bilən proqramlara ehtiyac var .
İP adresindən Səxsi Məlumatlar (İD İnformation)
İP adresindən dəqiq şəxsi, telefon və adres məlumatlarına çatmaq olar ? Bu tipli sualların çox insanlar üçün maraqlı olacağını düşünərək bu haqda umumi məlumat vermək qərarına gəldim :
Əgər İP adresi statikdisə və bir yer adı ilə əlaqəlidirsə, yəni sadəcə dəqiq bir yer adı (Web səhifə) üçün təsis edilibsə, onda İP adresindən yer adına və əgər “whois” məlumatları düzgündürsə, onda Şəxsi (İD) məlumatlara çatmaq mümkündür.
Əgər İP adresi bir səhifəylə əlaqəlidirsə ancaq paylaşılan İP adresidirsə (Shared İP), bu halda eyni İP adresi üzərində birdən çox səhifə olacağına görə, sadəcə həmin İP adresini təsis edən hosting servisinin məlumatlarını tapmaq olar .
Əgər İP adresi individual şəxsin internet bağlantısıyla əlaqəli bir İP –dirsə, bu halda individual istifadəçi normal yollarla bu tipli məlumatları əldə edə bilməz. İP adresindən çata biləcəyiniz ən ətraflı məlumat, İSP (İnternet Provayder)-in ünvanı və əlaqə məlumatlarıdır . Yəni səhifənizi ziyarət edən vəya sizə mail yazan birinin İP adresindən istifadə edərək həmin adamı bu tipli proqramlarla tapa bilməzsiz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır