
İnternetin qısa tarixi haqqında məlumat
Həmin il (1972) internetin yaranması ili hesab edilir. Konfransda Amerika alimi Bob Kan açıq şəbəkə arxitekturası ideyasını irəli sürdü. Bu ideya ondan ibarət idi ki, ayrı-ayrı şəbəkələrin arxitekturası və texniki cəhətdən realladırılması İnternetdən asılı olmadan ixtiyari formada qurulmalıdır. Bununla da açıq çəbəkə arxitekturasını dəstəkləyən yeni protokol versiyasının işlənməsi problemi qarşıya çıxdı. 1973-cü ildə Bob Kan və Vint Sert müxtəlif kompüterləri, şəbəkələri və sistemləri vahid standart qaydada əlaqələndirən TCP (Transmission Control-ötürmənin idarəetmə ptotokolu) işləyib hazırladılar. Bu protokol internetdə məlumatların ötürülməsini və istiqamətləndirilməsini təmin edirdi. Sonralar bu protokol iki protokola bölündü: TCP-verilənlər axının idarə edilməsi və paketlərin itirilməsinin neytrallaşdırılması:
IP-ayrı paketlərin ünvanlaşdırılması və istiqamətləndirilməsi. Hazırda TCP/IP internetin baza protokolu hesab edilir. XX əsrin 70-80-ci illərində İnternet ilk növbədə elmi-tədqiqat və komersiya qurumlarının diqqətini cəlb etdi. Həmin dövrdən başlayaraq dünyanın yüzlərlə ölkəsindən milyonlarla istifadəçilər internetlə müxtəlif fəaliyət məsələlərini həll edir. XX əsrin 80-ci illərindən İnternet Avropada, 90-cı illərin ortalarından isə MDB ölkələrində yayılmışdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Dəyərli məlumata görə sizə təşəkkür edirəm.Əlləriniz sağ olsun.