Ana səhifə / Elektron dərsliklər / İnternetdə nələr var?

İnternetdə nələr var?

Paylaşmaq!

İnternetdə nələr var?Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bu gün insanlar İnternet haqqında danışarkən, adətən, İnternetin köməyi ilə nə etməyin orada nə tapmağın və kiminlə görüşməyin mümkünlüyünü müzakirə edirlər. İnternetə qoşulmuş miliyonlarla kompüter müxtəlif yollarla informasiya mübadiləsi aparır. İnternetin imkanları o qədər genişdir ki, onların tam siyahısını verməyə bir neçə bölüm yetməz. Yalnız qısa xülasə ilə kifayətlənək.

İnternetdə nələr var?İnternetdə nələr var?

Elektron poçt (e-mail). Hazırda bu, ən geniş yayılmış rabitə xitmətidir. Elektron poçtla siz dünyanın müxtəlif yerlərindəki insanlarla əlaqə qura bilərsiniz. İnsanlar bu xidmətdən ənənəvi məktub, telefon yaxud faks əvəzi istifadə edirlər. Bu gün insanlar İnternet dedikdə ilk növbədə Veb nəzərdə tuturlar. Əslində Veb İnternet xitmətlərindən biridir. İnternetin ilk xitmətlərindən fərqli olaraq Veb özündə mətn görüntü səs videoklip, animasiya kimi multmedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. Yeni Veb-saytların sayı yağışdan sonrakı göbələklər kimi durmadan artır.
Veb-də gəzişmək üçün istifadə olunan proqram təminatı brauzer [browser] adlanır. Hazırda ən populyar brauzerlər Netscape və İnternet Explorer-dir.
Gap xitmətləri. Dünyanın ayrı-ayrı guşələrindəki insanlar öz aralarında ən müxtəlif mövzularda söhbətləşir. Bunun üçün onlar gap otaqlarından [chat room; комната для бесед] istifadə edir. Söhbəti istər kiçik (və ya böyük) kollektivlə istərsə də ikilikdə aparmaq olar. Yahoo!Microsoft-un gap xitmətləri İnternet Relay Chatwww texnologiyası əsəsında işləyən gap otaqları geniş istifadə olunur.

Ani məlumat mübadiləsi. Özünüzün və dostunuzun kompüterinde xüsusi proqramlar quraşdırılıbsa siz öz aranızda məlumat mübadiləsini ani apara bilərsiniz. Windows Messenger, Yahoo MessengerICQ kimi proqramlar imkan verir ki, göndərilən məlumatlar ani olaraq alanın (adresatın) ekranına çıxsın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий