Ana səhifə / Elektron dərsliklər / İnformatikanın qısa tarixi

İnformatikanın qısa tarixi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İnformatikanın kökləri başqa elmə-kibernetikaya gedib çıxır. ”Kibernetika” anlayışı isə XIX əsrin birinci yarısında yaranmışdır. Bu sözü ilk dəfə fransız fiziki Andre Mari Amper işlətmişdir. O, kibernetika dedikdə insanları idarə etməyi, başqa sözlə, cəmiyyəti idarə etməyi nəzərdə tuturdu. Əslində,o zaman heç elə bir elm yox idi və Amper mövcud olmayan bir elmi kibernetika adlandırmışdır. Kibernetika yunan sözü olan ”kibernetikos” dan götürülmüşdür və mənası “idarə etməkdə mahir” deməkdir.

İnformatikanın qısa tarixi

İnformatikanın qısa tarixi

Amperdən sonra kibernetika yüz ildən çox bir müddət ərzində,demək olar ki, tam unuduldu. Yalnız 1948-ci ildə görkəmli Amerka riyaziyyatçısı Norbert Viner “kibernatika” anlayışınıİnformatikanın qısa tarixi yenidən elmi ədəbiyyata gətirdi və onu canlı təbiətdə və texniki sistemdə idarəetmə haqda elm kimi mənalandırdı. Bir elmdə canlı təbiətlə texniki sistemin birləşməsi məsələsi müxtəlif ölkələrin alimləri tərəfindən kəskin qarşılandı. Keçmiş SSRİ-də isə bu elm hətta yalançı elm adlandırılırdı və uzun müddət bu sahədə işlər dayandırıldı. Bu gün kibernetika psixologiya və riyazi məntiq arasındakı əlaqəni öyrənməklə bərabər, süni intellektin yaranması metodlarını işləyir. Kibernetika ilə bir sırada ondan ayrılan başqa bir elm də failiyyət göstərir. Bu elm hesablama texnikası vasitələrinin informasiya problemlərini öyrənir. İngiltərə və ABŞ-da bu elmi “Computer science” (hesablama texnikası haqqında elm) adlandırırlar. Fransada isə ona başqa ad-“İnfermatique” (informatika) adı vermişlər. Sonra bu ad oradan Şərqi Avropa ölkələrinə, SSRİ-yə və o cümlədən bizə gəlmişdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий