Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İnsanlar həmişə hesablama prosesini sürətləndirmək və hətta onu aftomatlaşdırmaq istəmişlər.

Əgər ədədləri barmaqlar vasitəsi ilə göstərmək olursa, onda onları başqa əşyalarla da göstərmək olar ; məsələn: daşlar bu məqsədlə istifadə oluna bilər. Beləliklə, daşlar, çöplər, ipə salınmış balıqqulağı və s. ilk hesab alətləri olmuşdur. Onlardan uzun müddət hesab aləti kimi də olaraq istifadə etmişlər. Antik dövrdə “abak” deyilən sayğacda saymışlar.
İlk hesablama vasitələri
Abak (yunanca “abax”-lövhə deməkdir) şaquli yarıqları olan lövhədir;yarıqların içində daşlar yerləşdirilir.
Rus sayğaclarında (çötkələrdə) olduğu kimi,onların köməyi ilə hesablama əməliyyatı aparılırmış. XVIII əsrə kimi Yunanısdanda, Romada, daha sonra isə Qərbi Avropada abakda sayırmışlar. Misirlilər və yaponlar da abakdan geniş isdifadə etmişlər. Qədim çində abakda hesablama aparmaq xüsusilə inkişaf edibmiş. Çinlilər hətta bölməni, kəsirlər üzərində əməlləri, kvadrat və kub kökalma əməll
ərini belə yerinə yetirə bilmişlər. Hesablama lövhəsində habelə xətti tənliklər sisteminin kökləri hesablanırmış. Bu zaman, əlbəttə ,dəqiqlik və sürət ancaq hesablayıcıdan asılı idi. Getdikcə hesablama əməliyyatları insan həyatının, demək olar ki, bütün sahələrini əhatə etməyə başladı və artıq inkişafın ən zəruri bir fəaliyyət növünə çevrildi. Hesablamasız heç bir sahədə keçinmək olmurdu. Hesablamaya ehtiyac artırdı. Ehtiyac artdıqca isə insanlar onu mexanikləşdirilməsi yollarını axtarmağa başladılar.


© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır