Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. HTML (Hytpertext Marcup Language) hipermətlə nişanvurma (nişanqoyma) dili adlanır. Bu dil web-sənədinin struktur elementlərini (sərlövhə, mətn, abzas, təsvir və s.) müəyyən edir. HTML dilinin əmrləri teq adlanır. Teq tək və cüt ola bilər. Tək teq qoyulduğu yerdə birdəfəlik məna ifadə edir. Cüt teq açılan və bağlanan teqdən ibarətdir. Bağlanan teqin əvvəlində maili xətt (/) qoyulur. Bütün teqlər bucaq şəkilli mötərizəyə alınır. Məsələn, <TİTLE>, <BODY>, <H1> və s.
HTML və HTTP anlayışları
Bağlanan teq burada belə göstərilir </TITLE>, </BODY>, </H1> və s. Teq özündə atributlar saxlaya bilər. Atributlar teqin tətbiq üsullarının əlavə (yaxud vacib) parametrlərini göstərir. Onlar açılan teqə, yaxud bilavasitə tək teqə əlavə edilir, teqin adından sonra bağlanan teqə (« < »işarəsinə) qədər olan yerdə yerləşdirilir . Bağlanan teq heç vaxt atribut mühafizə etmir. Atributdan sonra bərabərlik (=) işarəsi qoyulur. HTML elementləri iki əsas kateqoriyaya bölünür: blok və mətn elementləri. Blok elementinin başlanğıcı (əvvəli) və sonu abzasın sərhədləri kimi baxılır. Mətn elementləri belə sərhədlər yaratmır və ayri-ayrı abzaslara aid olur. Hipermətnləri, yəni web-sənədləri axtarmaq və onların URL ünvanlarını qurmaq üçün HTTP (Hypertex Transfer Protocol) istifadə edilir, www-nin özəyi hesab edilir, fon rejimində işləyir. Faylları göndərir, şəbəkə stansiyalarını işə qoşur və s.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır