Ana səhifə / Elektron dərsliklər / Hesab maşınları haqqında məlumat

Hesab maşınları haqqında məlumat

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Paskalın işlərinin hesablama texnikasının sonrakı inkişafına mühüm təsiri oldu onlar çoxlu sayda cürbəcür toplayıcı maşınların yaranmasına təkan verdi. Müasir riyaziyyatın əsas bölmələrindən birinin-diferensial hesabın yaradıcısı olan görkəmli alman alimi Leybnis də (Nyutonla birlikdə) bu təsirə məruz qaldı. Paskalın işləri ilə tanış olub, onun hesab maşınını öyrənəndən sonra o, həmin maşını əhəmiyyətli dərəcədə təkmilləşdirdi. Leybnisin 1694-cü ildə yaratdığı maşın ardıcıl olaraq toplama və çıxma əməllərini yerinə yetirmədən də vurma əməlini yerinə yetirməyə imkan verirdi. Onun əsas hissəsi müxtəlif uzunluqlu dişləri olan pilləli silindirdən ibarət idi ki, onlar hesab çarxı ilə qarşılıqlı əlaqədə işləyirdilər. Çarxı ox boyunca hərəkət etdirən icraçı onu tələb olunan sayda dişlərlə əlaqələndirərək lazımi ədədi qeydə ala bilirdi. Leybnisin hesab maşını, əslində, riyaziyyatın təməli olan dörd əməli yerinə yetirən dünyada ilk arifmometr idi. Lakin ixtiraçı alim in yüksəHesab maşınları haqqında məlumatk səviyyəli bir qurğu yaratmasına baxmayaraq, o , bir sıra səbəblərə görə geniş yayılmadı. Lakin əsas ideya-pilləli ox ideyası çox məhsuldar oldu. XIX əsrə qədər oxun quruluşu müxtəlif ixtiraçılar tərəfindən dəfələrlə təkmilləşdirildi. Nəhayət, 1820-ci ildə Leybnisin pilləli ox ideyası əsasında Tomas adlı başqa bir ixtiraçı yeni bir hesablama maşını yaradır ki, bu da kütləvi şəkildə istehsal olunan ilk arifmometr sayılır.

Hesab maşınları haqqında məlumat

Hesab maşınları haqqında məlumat

 

Bir az sonra Peterburq mexaniki Vilqord Odner 1874-cü ildə dişiəri hərəkət edən yeni konstruksiyalı hesab çarxı yaratdı. Odnerin çarxı o qədər mükəmməl idi ki, bu günə kimi, demək olar, elə bir prinsipial dəyişikliyə uğramayıb. Odnerin arifmometrinin modifikasiyası sayılan “Feliks” XX əsrin 50-ci illərinə qədər buraxılırdı. Üç əsr ərzində ayrı-ayrı ölkələrdə küllü miqdarda müxtəlif hesablama maşınları yaradılmışdır. Mexaniki arifmometrlərin ömrü nə qədər parlaq olsa da, onların da imkanları tükəndi. İnsanlara daha mükəmməl köməkçilər lazım idi. Məhz elə bu, ixtiraçıları hesablama texnikasını təkmilləşdirmək yollarını axtarmağa məcbur etdi. İHesab maşınları haqqında məlumatndi artıq maşınlar mexaniki yox, elektrotexniki prinsiplər əsasında yaranırdı. Balaca mühərrik hesablayıcını həm dəstəyi fırlatmaqdan azad etdi, həm də sürətini artırmağa imkan verdi. Hesablama qurğusunun mexanizmi əvvəlcə dəyişməz qalsa da, o da sonralar tədricən təkmilləşdirildi; nəticələri kağız lentə yazan maşınlar meydana gəldi. Bu yeni addım hesablama mexanikləşdirdi. Lakin hələ avtomatlaşdırmadı. Hesablama prosesini idarə etmək əvvəlki kimi yenə də insanın öz üzərinə düşürdü.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий