Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Lokal komputer şəbəkəsində (LKŞ) serverlər şəbəkə resurslarını paylamaq funkisiyasını yerinə yetirir. Adətən, server funksiyasını kifayət qədər güclü olan fərdi kompüter mini-EHM, böyük EHM yerinə yetirir. Hər bir seryer həm ayrıca, həm də işçi stansiyanın (İST) tərkibinə daxil ola bilər. Sonuncu deyilən halda serverin resurslarının bir hissəsi istifadə edilir. Kompüter şəbəkələrinin ümumi məsələlərindən danışarkən şəbəkə proqram təminatının xarakterik cəhədlərini qeyd etməliyik. Müəyyən şəbəkənin funksional imkanları əlaqədar istfadəçilərə edilən servis növləri və tiplərilə ölçülür.
Fayl-Server texnologiyası
Hər bir xidmət növünün reallaşdırlması və istifadəçi tərəfindən texnologiya əsasından istifadəsi üçün əlaqədar riyazi proqramlar islənir. Bunlar ümumi halda proqramlar paketi (zərif) və ya paket adlanır. Hər bir paket müyyən servis növünün bütün əməliyyatların vahid halda, paket halında əhatə edir və şəbəkədə bütün istifadəçilərin eyni vaxtda işləməsini təmin etməlidir. 90-cı illərin əvvəllərində belə şəbəkə proqram təminatının işlənməsi üçün iki əsas texnalogiya (konsepsiya) daha geniş yayılmışdır. Bunlardan biri fayl-server texnalogiya adlanır. Fayl-server texnalogiyasında bütün proqramlar və verilənlər şəbəkənin baş, mərkəzi kompüterində mühafizə edilir. Baş(mərkəzi) kompüter ona görə fayl serveri adlandırılır ki, onun yaddaşında proqramlar və informasiyalar məzmunca məntiq etibarilə uyğun fayllara ayrılır. Yaddaşda fayl formasında təşkil olunan proqramlara bir sıra hallarda proqram modulları da deyirlər. Məsələn, müraciət, axtarış, emal, ötürmə, çap və digər proqram modulları, yəni faylları ola bilər. Verilənlər faylları da müxtəlifdir. Məsələn, iri kitabxanalarda lokal kompüter şəbəkəsi üçün onlarla verilən faylları yaradıla bilər: fondun cari komplektləşdirilmə faylı, sistemli kataloq faylı, oxucu (istifadəçi) faylı, kitab verilişi faylı və s. Şəbəkənin bütün istifadəçiləri, o cümlədən oxucular tərəfindən fəal istifadə edilən verilənlər (informasiyalar) və onların axtarış, ötürmə çapetmə proqramları (fayllar) ilk növbədə təşkil edilir. Məsələn, məlumdur ki, kitablarda əlifba kataloqu sistemli kataloqa nisbətən çox istifadə edilir. Deməli əlifba kataloqu faylını ilk növbədə elektron kataloqda yaratmaq lazım gəlir. Belə növbəliliyə fayl qradiyası deyirlər, yəni fəal və nisbətən az istifadə edilən faylların qiymət (reytinq) şkalası müəyyənləşdirilir və bu meyara əsasən fayl serverində təşkil edilir. Təbii ki, proqramlar və informasiyalar yazılan disklərin tutumu fayl serveri baxımından daha çox olmalıdır. Çünki ondan şəbəkəyə qoşulan digər kompüterlər, yəni istifadəçilər müxtəlif vaxtlarda və eyni zaman da, paralele istifadə edə bilərlər. Fayl serverində olan kompüterin bütün imkanları daha yüksək olmalıdır. Məsələn əgər avtomatlaşdırılmış işçi yerlərində (AİY) pentium kompüterləri olarsa, fayl serverində superpentium kompüterin olması məqsədəuyğundur. Əgər maliyyə imkanlarına görə sonuncu göstərilən tip kompüteri qlmaq mümkün olmazsa, eyni səviyyəli, arxitekturalı kompüterindən ibarət olan şəbəkə qurulmalı və burada bir neçə fayl serveri yaradılmalıdır, yəni resurslar fayllar üzrə paylaşdırılmalıdır. Fayl serveri resurslarını idarə etməyə və ona şəbəkənin istifadəçilərinin müraciətinə imkan verən şəbəkə təminatı ümumi halda şəbəkə əməliyyat sistemi adlanır. Onun əsas hissəsi fayl serverində, yəni baş (mərkəzi) kompüterdə mühafizə edilir. İşçi stansiyalarda (avtomatlaşdırılmış işçi yerlərində) yalnız aparat resurslarına və fayl serverinə müraciət üçün proqramlar arasında interfeys rolunun oynayan vasitələr yerləşdirilir. İnterfeys-hesablama sisteminin qurğuları və ya proqramları arasında məntiqi və fiziki əlaqəni təmin edən vasitələrin və qaydaların məcmusudur.
Fayl-server texnologiyasında proqram təminatı sistemi fayl serveri resurslarından istifadəyə imkanı yaradır. Bir qayda olaraq, bu proqram sistemi fayl serverində yerləşir və istifadəçilər tərəfindən istifadə olunur. Bəzən də əlaqədar proqram modulları fayl serverindən istifadəçinin kompüterinə, yəni işçi stansiyaya (avtomatlaşdırılmış işçi yerlərinə) çağırılır və burada da təyinatı üzrə istifadə edilir. Təbii ki, bu variantda fayl serverində olan əlaqədar informasiyalar da (verilənlər) işçi stansiyaya çağrılır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır