Ana səhifə / Elektron dərsliklər / Elektron istiqaməti müəyyən etmək

Elektron istiqaməti müəyyən etmək

Paylaşmaq!

Elektron istiqaməti müəyyən etməkSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Nəhayət, İkinci Dünya müharibəsindən sonra arzularda mövcud olan qurğular inşa etmək üçün imkan yarandı. Məhz bu zaman rəqəmli elektron hesablama maşınları meydana çıxdı. Əvvəllər haqqında danışdığımız rəqəmli elektron maşınlar. O vaxt deyildiyi kimi, Elektron beyin 1952-ci ildə ABŞ-prezident seçkilərinin yekun nəticələrinin elan olunmasından bir neçə saat əvvəl nəticəni qabaqcadan məlumat verərək ABŞ televiziya tamaşaçılarını heyran etmişdi.

Elektron istiqaməti müəyyən etmək

Elektron istiqaməti müəyyən etmək

Kompüterin bu çevikliyi o vaxtkı alimlərin belə bir inamını bir daha təsdiqlədi ki, gün gələcək, sürətlə, səhv etmədən və qəti yorulmadan hesab əməllərini yerinə yetirən avtomatik hesablayıcılar yaradılacaq; onlar insan mühakiməsinə məxsus hesablama proseslərini yerinə yetirməklə yanaşı, hətta obrazları tanımağı, adi danışığı və yazını başa düşəcək, bütün faktlar məlum olmadıqda belə qərar qəbul etməyi bacaracaq. 1950-ci illərin sonlarında informatikanın “süni intellekt” deyilən nisbətən müstəqil qolu meydana çıxdı.  Sİ sahəsində ilk tədqiqatlar əsasən ABŞ-ın bir neçə universitet mərkəzlərində aparılırdı. Bunlar: Massaçusets Texnologiya İnstitutu (MTİ), Pitsburqda Stanford Universiteti (Kaliforniya ştatı) idi. Hazırda ABŞ-ın başqa universitetlərində və korporasiyalarında, eləcə də bir sıra inkişaf etmiş ölkələrdə bu istiqamətdə tədqiqatlar aparılır. Ümumiyyətlə, düşünən maşının yaradılması üzərində işləyən Sİ tədqiqatçılarını iki qrupa ayırmaq olar. Bunlardan bir qismini əsasən ancaq elmi cəhət maraqlandırır. Onlar üçün kompüter alətdir. Bu alimlər kompüterə nəzəri fikirlərini yoxlamağa imkan verən vasitə kimi baxırlar. Digər qrupun maraqları texnika sahəsindədir. Onlar kompüterin tətbiq sahəsini genişləndirmək və ondan istifadə etməyi asanlaşdırmaq istəyirlər. İkinci qrupun nümayəndələrini fikirləşmə mexanizimi araşdırmaq az maraqlandırır. Çünki hesab edirlər ki, bunun onlar üçün faydası quşun uçuşunu öyrənməyin təyyarəqayırmadakı faydasından çox deyil. Hal-hazırda həm elmi,həm də texniki sahədə axtarış aparanlar təsəvvür etdikləri çətinliklərdən də böyük ciddi problemlərlə üzləşmişlər. Sİ pionerləri ilk vaxtlar fikirləşdilər ki, təxminən 10 ildən sonra maşınlar yüksək istedada malik insanlar səviyyəsinə çatdırılacaq. Güman edirlər ki, hiyləgər kompüterlər “elektron uşaqlıq” mərhələsindən sonra mövcud biliklərə yiyələnəcək, sürətli, dəqiq və güclü yaddaş hesabına tədricən öz yaradıcılarından üstün olacaqlar. Hal-hazırda bu fikirdə olanlar çox azdir,bu barədə hələ danışanlar varsa da, bu möcüzənin yaxın zamanda baş verəcəyini söyləməyə cürət etmirlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий