Ana səhifə / Elektron dərsliklər / Bilik və Analogiya haqqında

Bilik və Analogiya haqqında

Paylaşmaq!

Bilik və Analogiya haqqında

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  1949-cu ildə Amerika riyaziyyatçısı Uorren Uiver “dünya tərcümə probleminin həlli” nə həsr etdiyi məşhur sənədini yazır. İdeya tərcüməçinin funksiyasını kompüterdə modelləşdirməkdən ibarət idi. Demək olmazdı ki, Uiverin nəzərdə tutduğu planda hər bir şey qaydasında idi. O, maşineziysk adlandırdığı aralıq “universal” dil təklif edirdi. Lakin bu kimi çətinliklərə baxmayaraq, Uiverin planı kifayət qədər sadə və aşkar idi. Bir dildə yazılmış cümlədəki hər bir sözün analoqunu kompüter lügətdə tapıb, onları qrammatika qaydalarına uyğun yeni cümlədə yerinə yazmalı idi. Bu ideya linqvistlər arasında maraqla qarşılandı. Başqa ixtisaslardan olan alimlər və mühəndislər də məsələyə çox müsbət yanaşdılar. Uiverin qabiliyyəti heç kəsdə şübhə doğurmurdu;hamı onun istedadına inanırdı. Uiver Rokfeller fondunun təbiət elimləri şöbəsinin drektoru idi. Kompüterlərlə o zaman “ədəddoğrayan” kimi baxırdılar.

Bilik və Analogiya haqqında
Bilik və Analogiya haqqında

Lakin bununla belə, tərcümə işinə oxşar bir işdə kompüterlər məxfi kodların açılmasında öz imkanlarını nümayiş etdirmişdi. Həqiqətən də, İkinci Dünya müharibəsi illərində İngiltərədə “Koloss” adlanan rəqəmli kompüterlərin güclü elektron sələfi yaradılmışdı. Təsəvvür edilirdi ki, başqa dilin “şifrinin açılması”- növbəti məntiqi addım ola bilər. ABŞ Müdafiə Nazirliyinin əməkdaşları da bu ideyanı bəyəndilər. Həbçiləri belə bir fikir cəlb edirdi ki, onlar bu yolla başqa ölkələrin texniki jurnallarındakı ən yeni elmi nailiyyətlərdən asanlıqla və tez xəbər tuta bilərlər. Maşın tərcüməsinə milyonlarla dollar ayrıldı. Bu işə 1950-ci illərdə Pentaqonun maliyyələşdirdiyi Harvard universitetinin tədqiqatlar proqramı xətti ilə Entoni C. Ettinger rəhbərlik edirdi. Başqa qabaqcıl ölkələrdə də bu istiqamətdə tədqiqatlar aparılmağa başlandı. Lakin bir müddətdən sonra ciddi çətinliklər meydana çıxdı. 1954-ci ildə Ettinger rus mətnlərindəki sözləri ingilis dilinə tərcümə edən kompüter proqramı tərtib etdi. Digərləri kimi, bu tərcümə proqramı da ingilis dili və başqa təbii dillərin tərcüməsində dilin xüsusiyyətləri ilə əlaqədar böyük maneələrlə üzləşirdi. “Təbii dillər” ifadəsini informatika üzrə mütəxəssislər adamların istifadə etdiyi dilləri kompüterlə işləyən zaman istifadə olunan əhəmiyyətli dərəcədə daha ciddi və formal dillərdən fərqlədirmək üçün istifadə edirlər. Kompüter tərcümələri o qədər nöqsanlı idi ki,onlar haqda lətifələr gəzirdi.Çox güman ki, uydurulmuş belə bir əhvalat danışırdılar: kompüterə ingilis dilində geniş yayılmış “The spirit is strong,the flesh is weak” (“Ruh möhkəmdir, lakin cisim zəifdir”) ifadəsini əvvəlcə rus dilinə, sonra əksinə-ingilis dilinə tərcümə etmək tapşırığı verilir. Bu əməliyyatdan sonra həmin ifadə belə səslənirdi: “The wodka is good,but the meat is rotten” (“Araq yaxşıdır, lakin ət isə xarab olmuşdur”) Başqa əhvalatlar da var.

Bir qrup tədqiqatçı texniki sənədləri ingilis dilindən rus dilinə və əksinə tərcümə etmək üzrə sınaqlar aparır. Bu zaman onları yazılarda tez-tez rast gəldikləri “rus keçisi” ( water-goat ) ifadəsi təəccübləndirir. Uyğun ingilis mətnində mənbəni tapandan sonra məlum olur ki , maşın (“hidravnik taran ”) texniki terminin öhdəsindən gəlməyib. 1960-cı illərin ortalarında maşın tərcüməsini maliyyələşdirməsi əsasən dayandırıldı və iş tədricən zəiflədi. Məlum oldu ki , dildən-dilə tərcümə etmək üçün qrammatika qaydalarını və ayrı-ayrı sözlərin mənalarını bilmək kifayət deyil. Bir dildən başqa dilə tərcümə etməkçün maşın dili adam kimi başa düşməlidir. Kompüterin ingilis dilini və başqa təbii dilləri öyrənməsi cəhdləri süni intellekt sahəsində mühüm problemlərdən biri oldu, lakin əfsus ki , uğur qazanmadı. Yaranmış çətinliklər arasında “başa düşmək ” sözünün dəqiq mənasını müəyyən etmək də böyük əhəmiyyət kəsb edirdi. Bir sıra məsələlər ətrafında kəskin diskussiyalar yarandı: təbii dili başa düşməkçün mövcud faktoralardan hansı-sözün mənasımı, yoxsa qrammatikası daha vacibdir?! Belə başa düşməyi qaydaların formal məntiqi sistemi ilə ifadə edmək olarmı, yoxsa bununçün insana lazım olduğu kimi, maşına da gündəlik həyat haqqında külli miqdarda informasiya lazımdır? Keçən müddət ərzində alimlər bu suallara cavab verə bilməmişlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий