Ana səhifə / Elektron dərsliklər / ASCII kodlaşdırma sistemi

ASCII kodlaşdırma sistemi

Paylaşmaq!

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. EHM-lər üçün kod simvollarının standartlaşdırılmasına 1963-cü ildə ASCII-nin («aski» kimi tələffüz edilir) birinci versiyası yaradılan dövrdə ilk təşəbbüs edilmişdir. Bu versiyada kod sisteminin çatışmamazlığı çox idi. Buna görə də 1968-ci ildə ASCII-nin ikinci versiyası hazırlandı. Standartın tam adı belədir: Ameracan Standart Code for İnformation İnterchangeDaxili informasiya mübadiləsi üçün standart ABŞ kodu. Standart ABŞ Milli Standartlaşdırma İnstitutu (ANSİ- American National Standart İnstitute) tərəfindən işlənmişdir.

ASCII kodlaşdırma sistemi

ASCII kodlaşdırma sistemi

ASCII-nin birinci 32 kodu (0-dan 31-ə qədər) çap işarələrilə göstərilmir. Bu sahə xüsusi simvollarla yerləşdirmək üçün ayrılmışdır. Belə simvollara aiddir:

-idarəedici kodlar uzaq qurğuları (məs: printer) idarə etmək üçündür).

-formatlaşdırma kodları (məlumatın xüsusi tərtibatı üçüdür).

-ayrıcı kodlar (ötürülən verilənlər naborunu stuuktlaşdırmaq üçündür).

            ASCII-dən başqa, SSRİ-də vaxtilə tətbiq  edilən səkkiz dərəcəli (28=255) kodlaşdırma sistemi (256 müxtəlif vəziyyəti olan simvola bir bayt artırılır, iki simvollu yazı naboru (məsələn, rus və ingilis həriflərini paralel kodlamaq olar). İngilis dili hissə cədvəlin aşağı hissəsində, yəni 0-dan 127-ə qədər, rusdili hissə cədvəlin yuxarı hissəsində (128-dən 255-ə qədər) kodlanır. İSO-88-59 – slavyan yazı işarələrinin kodlaşdırılması üçündür, xüsusilə İBM PC-larda az istifadə edilir;
      Windows-1251 – Microsoft firması tərəfindən  işlənmiş korporativ standartdır, sənədlərlə işin avatomatlaşdırılması üçündür, əksər IBM PC platformalarında tətbiq edilmişdir —  Word, Excel, Access kimi proqramlarda daha geniş istifadə olunur; KOI-8R-1974-cü ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilmişdir, UNİX əməliyyat sisteminin idarəsi altında işləyən şəbəkə EHM-lərində istifadə edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий