Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə
Corel Draw proqramında xətkeşin interfeysə əlavə olunması üçün nə edirlər?
Əgər proqramın işçi sahəsində xətkeşlər yoxdursa, View (Вид — Görünüş) menyusundan Rulers (Линейки — Xətkeşlər) əmri seçilməlidir.
Xətkeşlərin ölçü vahidini müəyyənləşdirmək üçün Property Bar (Панель свойств — Xüsusiyyətlər Çubuğu) üzərindəki Units (Единицы — Vahidlər) düyməsini sıxıb, uyğun olan ölçü vahidini (məsələn, santimetr) seçin.
Corel Draw proqramında xətkeşin üzərində koordinat başlanğıcını nəcə dəyişmək olar?
Xətkeşlərin kəsişdiyi yerdə koordinat düyməsi yerləşir. Siçanın oxunu düymənin üzərinə gətirib sol düyməni sıxıb onu hərəkət etdirməklə xətkeşlər üzərində koordinat başlanğıcını («0» nöqtəsinin yerini) dəyişmək olar.
Corel Draw proqramında torun sənədə əlavə olunması üçün nə etmək olar?
Koordinat düyməsi üzərində Siçanın sağ düyməsini sıxdıqda açılmış menyudan Grid Setup (Настройка Сетки — Tor Qur) əmrini seçin.
Bu zaman şəkildə göstərilən dialoq pəncərəsi ekrana açılacaq.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır