Sadə obyektlərin formasının dəyişdirilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Sadə obyektlərin formasının dəyişdirilməsi
Obyektlərin formasının dəyişdirilməsi hansı üsulları mövcuddur?
Shape Tool (Форма) Obyektlərin formasının dəyişdirilməsi
Düzbucaqlının kənarlarının hamarlanmasına baxaq. Bu əməliyyat üçün xüsusiyyətlər panelinin idarəedici elementləri və Shape Tool (Форма) ilə də yerinə yetirmək olar.
Rectangle Tool (Прямоугольник) alətinin köməyilə düzbucaqlı çəkilir. Shape Tool (Форма) aləti seçilir. Düzbucaqlının küncündəki markerlərinin biri aktivləşdirilir. Siçanın sol düyməsini sıxılı saxlamaqla göstəricini hərəkət etdirdikdə künclərin hamarlandığını görmək olar.
Obyektin kənarlarının dəyirmiləşdirilməsi
Ellipsin Shape Tool (Форма) aləti ilə redaktəsi zamanı nə baş verir?
Ellipsin redaktəsi zamanı onu sektorlara ayırmaq mümkün olur. Yenə də yuxarıdakı ardıcıllıqla hərəkət edilir və belə bir forma alınır. Aşağıdakı şəkillər əməliyyatdan əvvəlki və sonrakı vəziyyəti göstərir.
Ctrl sıxılı olduqda, 15 dərəcənin bir neçə mislinə bərabər olan bucaq və ya sektor çəkmək mümkündür. Bu üsul ilə ulduz və ya çoxbucaqlı kimi obyektlərin formalarını dəyişmək mümkündür.Beləliklə biz Sadə obyektlərin formasının dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda qeyd etmək istəyirəm ki, elektron dərslik müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır