Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Pero alətinin istifadəsi

Pero alətinin istifadəsi

Paylaşmaq!

Pero alətinin istifadəsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Pero alətinin istifadəsi

Pero alətinin istifadəsi

CorelDraw proqramında qalın xətləri çəkmək üçün hansı alətdən istifadə olunur? 

CorelDraw proqramında qalın xətləri çəkmək üçün Artistic Media (Художественное оформление) alətindən istifadə edilir.Pero alətinin istifadəsi Freehand Тооl (Свободная форма) alətinin altında gizlənən alət istənilən qalınlıqda müxtəlif əyrilər çəkilməsinə imkan verir.

Bu zaman çəkilən əyri və xətlər plakatların tərtibatı üçün istifadə edilən pero ilə işlənməni xatırladır.Pero alətinin istifadəsi

Bu aləti seçərkən xüsusiyyətlər panelində Artistic Media (Художественное оформление) alətinin xüsusiyyətlərini tənzimləmək üçün idarəedici elementlərin olduğunu görmək mümkündür.Pero alətinin istifadəsi

Xüsusiyyətlər panelinin sol tərəfində xətlərin seçimi üçün müxtəlif simgələr yerləşir. Bu zaman Brush (Кисть), Sprayer (Распылитель), Calligraphic (Каллиграфия), Pressure (Нажим) alətlərindən hər hansı birini seçmək olar. Alətlərin adından da çəkiləcək xətlərin görünüşünün necə olacağı aydın olur. Brush (Кисть) seçsək, fırçanın kağız üzərində saldığı izi xatırladan xətt çəkmiş olarıq. Sprayer (Распылитель) aləti seçilmiş əraziyə rəngi bütünlüklə tökmür, sadəcə olaraq həmin ərazini “naxış” formasında bəzəyir.

Beləliklə biz Pero alətinin istifadəsi mövzusu ilə tanış olduq. Sonda qeyd etmək istəyirəm ki, elektron dərslik müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …