Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Corel Draw proqramında obyektlərin qıfıllanması

Corel Draw proqramında obyektlərin qıfıllanması

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu Corel Draw proqramında obyektlərin qıfıllanması olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw proqramında obyektlərin qıfıllanması

Corel Draw proqramında obyektlərin qıfıllanması

Obyektlərin qıfıllanması nə üçün əhəmiyyətlidir?

Bəzən obyektlər üzərində müəyyən əməliyyatları yerinə yetirən zaman (məsələn, redaktə işlərini həyata keçirəndə) bəzi obyektlər işin yerinə yetirilməsinə maneçilik edir. Və yaxud, obyektləri ləğv edəndə (və ya yerini dəyişəndə) istifadəçi müəyyən xarakterli səhvlər buraxmış olur. Belə halların obyektlərlə baş verməsinin qarşısını almaq üçün seçilmiş bəzi obyektləri qıfıllamaq lazım gəlir.

Obyekti necə qıfıllamaq olar?

Qıfıllamanı həyata keçirmək üçün əvvəlcə ixtiyari iki obyekt hazırlayın və onlardan birini seçin. Arrange (Упорядочить Nizamla) menyusundan Lock Object (Блокировать объект)Obyekti qıfılla əmrini seçin. Seçilmiş obyektin ətrafındakı doldurma nişanları formalarını dəyişərək «qıfıl» şəklini alacaq.

Corel Draw proqramında obyektlərin qıfıllanması

Qıfıllanmış obyekt üzərində hansı əməliyyat aparmaq olmaz?

Qıfıllanmış obyekti (həmçinin digər obyektləri)- redaktə etmək və yerini dəyişdirmək mümkün deyil, Nəticədə istifadəçi buraxdığı səhvlərin qarşısını almış olur.

Corel Draw proqramında obyektlərin qıfıllanması

Obyekti qıfıldan azad etmək üçün nə edirlər?

Obyekti «qıfıl»dan azad etmək üçün Arrange Упорядочить Nizamla) menyusundan Unlock Object-Блокировать объект)Obyekti Aç əmrini seçin.

Corel Draw proqramında obyektlərin qıfıllanması

Əgər çari sənəddəki bütün obyektləri «qıfıl»dan azad etmək tələb olunarsa, Arrange (Упорядочить Nizamla) menyusundan Unlock All Object (Разблокировать все объекты)Bütün obyektləri aç əmri seçilməlidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …