Obyektlərin bir-birinə bağlanması bugünkü, elektron və dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Obyektlərin bir-birinə bağlanması
- 1.1 Obyektlərin bir-birinə necə bağlamaq olar?
- 1.2 Obyektləri necə əlaqələndirmək olar?
- 1.3 Snap To Grid (Привязка к сетке) — Tora bağlanma
- 1.4 Snap To Guidelines (Привязка к направляющим) — İstiqamətləndiriciyə bağlanma
- 1.5 Snap To Objects (Привязка к объектам) — Digər obyektlərə bağlanma
- 1.6 Obyektləri bir-birinə bağlayanda hansı cəhət nəzərə alınmalıdır?
- 1.7 Tor xətlərini ləğv etmək üçün nə edirlər?
Obyektlərin bir-birinə bağlanması
Obyektlərin bir-birinə necə bağlamaq olar?
Bəzən müəyyən sayda obyekyləri bir-birinə “bağlamaq» tələb olunur. Düymələrin hər biri obyektlərin bir-birinə bağlanması üçün müəyyən bır funksiyanı yerinə yetirir.
- Snap To Grid (Привязка к сетке) — Tora Bağlanma
- Snap To Guidelines (Привязка к направляющим) — İstiqamətləndiriciyə bağlanma
- Snap To Objects (Привязка к объектам) — Digər obyektlərə bağlanma
Obyektləri necə əlaqələndirmək olar?
CorelDraw proqramında tor, istiqamətləndiricilər və obyektlərin birgə hərəkəti üçün Snap to (Привязка к) panelindən istifadə edilir. Bu zaman çəkilən obyektləri dartdıqca onun kənarında sərhədlərini görmək mümkündür.
Snap To Grid (Привязка к сетке) — Tora bağlanma
Bu əmr obyektləri ən yaxın torun düyün nöqtəsinə üfüqi və şaquli formada əlaqələndirmə rejimini aktiv və deaktiv edir. Bu rejim obyektlərin ölçülməsinin ölçü xətləri vasitəsilə aparılması üçün xüsusi olaraq əhəmiyyətlidir. Bu proses zamanı ölçü xətləri obyektin başlanğıc və son nöqtəsinə doğru dartılır. Snap to Grid (Привязка к сетке) əmrini icra etmək olar.
Snap to Grid (Привязка к сетке) aşağıda sadalananları çıxmaq şərtilə torun hər bir düyün nöqtəsində siçanın göstəricisini dayanmağa məcbur edir:
- Obyektlərin seçilməsi və atributlarının surətinin çıxarılması;
- Freehand Tool (Свободная форма) rejimində və ya Bezier (Безье) ilə əyrinin çəkilməsi;
- Artistic Media (Художественное оформление) alətinin köməyilə obyektlərin çəkilməsi.
Snap To Guidelines (Привязка к направляющим) — İstiqamətləndiriciyə bağlanma
Snap to Guidelines (Привязка к направляющим) rejimini seçərkən obyektlərin ekranda yerləşməsi dəyişmir. Snap to Grid (Привязка к сетке) və Snap to Guidelines (Привязка к направляющим) rejimləri aktiv olduqda, ikinci rejim əsas sayılır.
İstiqamətləndiricilər tor xətlərindən yaxın keçsə belə, obyekti hər zaman istiqamətləndirici ilə eyniləşdirmək mümkündür. İstiqamətləndiriciləri Guidelines Setup (Настройка направляющих) dialoq pəncərəsi və ya təxmini olaraq da yerləşdirmək olar.
Bu rejimdə obyektin yerdəyişməsi zamanı sərhədləri ona ən yaxın istiqamətləndiricilərə tərəf yönəlmiş olur.
Snap To Objects (Привязка к объектам) — Digər obyektlərə bağlanma
Bütün obyektlərin bağlanma nöqtələri var. Onların dəqiq yerləri isə obyektlərin tipindən asılıdır. Snap to Objects (Привязка к объектам) rejimində obyektin yerdəyişməsi zamanı düyün nöqtəsi digər obyektin ən yaxın nöqtəsinə tərəf avtomatik olaraq dartınır.
Yeri dəyişdirilən obyektin istənilən hissəsini tərpənməz obyektə nəzərən tarazlamaq mümkündür. Hərəkətdə olan obyektin tərpənməz olaraq qalan obyektin istənilən nöqtəsinə nəzərən yerini dəyişdikdə onlar sanki üst-üstə düşür.
İti və hamar kənarlı düzbucaqlıların künc və hər tərəfində bir ədəd, həmçinin ortasında bir ədəd olmaqla doqquz ədəd düyün nöqtələrinə malik olur.
Ellipsin beş ədəd düyün nöqtəsi olur. Sektor və qövslərin isə düyün nöqtələrinin sayı üçdən yeddiyə qədər ola bilir.
Obyektin kənarına dəqiq təyin olunma üçün yeni düyün nöqtələri əlavə etmək mümkündür. Əgər tərpənməz olaraq düzbucaqlı, ellips, çoxbucaqlı, ulduz və ya mətn götürülərsə, onda həmin obyekti yeni düyün nöqtələrini əlavə etməzdən qabaq yeri dəyişdiriləcək obyekti Arrange – Convert to Curves (Упорядочить – Преобразовать в кривые) və ya Ctrl+Q ilə əyri xətlərə çevirmək lazımdır.
Obyektləri bir-birinə bağlayanda hansı cəhət nəzərə alınmalıdır?
Proqramla işləyərkən istifadəçi düymələrin müxtəlif , şəkildə birgə sıxılmasından da istifadə edə bilər. CorelDRAW proqramında yaradılmış bütün obyektlərin bir-birinə bağlanma nöqtələri vardır və onların da obyekt üzərində yerləşməsi obyektin tipindən asılı olur.
Bununla yanaşı obyektləri bir-birinə bağlayanda onların üzərində olan nöqtələrin qravitasiya təsiri də nəzərə alınmalıdır. Qravitasiya təsiri məhdud sahəyə malikdir və bu sahə masa üstündə məsafənin qeyd olunması adlanır.
Tor xətlərini ləğv etmək üçün nə edirlər?
Əgər masaüstündən tor xətlərini ləğv etmək tələb edilirsə, View (Вид — Görünüş) menyusundan Grid (Сетка — Tor) əmrini seçin. Sonra istiqamətləndiriciləri ekrandan ləğv edin.
Masa üstünün boş yerində siçanın oxunu yerləşdirib sol düyməsini sıxmaqla obyektlərin seçilməsini müvafiq düymələrini sıxmaqla isə obyektlərin tora, istiqamətləndiricilərə və obyektlərə bağlılığını ləğv etmək mümkündür
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır